• 22 Aprel 2019

Dini məbədlərə veriləcək qazın limiti açıqlandı

45072 Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) Azərbaycanda dini məbədlərə veriləcək pulsuz qaz üçün limit müəyyən edib. “Azəriqaz” İB-dən verilən məlumata görə, ötən il Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına və ARDNŞ Şurasının dekabrın 30-da təsdiq olunmuş qərarına əsasən, məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub.

““Azəriqaz”ın abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin 2013-cü il ərzində istifadə etdikləri orta illik sərfiyyatı 1953 kubmetr olub. Buna baxmayaraq, hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5 min kubmetr limitin tətbiq olunması nəzərdə tutulur”.

Qərar yalnız dövlət qeydiyyatından keçmiş dini icmalara məxsus məbədlərə aiddir. Nəzərdə tutulmuş limitdən artıq qaz istifadə edən dini məbədlər istifadə etdikləri qazın pulunu ödəməli olacaqlar.

Qeyd edək ki, artıq bununla bağlı həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, həm də “Azəriqaz” İB-nin abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan məbəd və ziyarət yerlərinə məlumat verilib.

Mənbə: ANS PRESS

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 60 dəfə.

dbabayev

Read Previous

İÇDİYİMİZ SU NƏ ÜÇÜN BU QƏDƏR ÖNƏMLİDİR?

Read Next

Şok! Müqəddəs Quranda qadın şəkli

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir