• 25 İyun 2019

Harama yaxınlaşma, halaldan da uzaqlaşma!!!

halalparaGəncin biri Kəbədə həmişə: “Ey doğruların köməkçisi olan Allahım, ey haramdan çəkinənlərin köməkçisi olan Allahım, sənə həmd-səna edirəm” deyə dua edir.

Bu vəziyyət hər kəsin diqqətini çəkir və bir nəfər :

“Niyə həmişə eyni duanı edirsən, başqa bir şey bilmirsənmi?” Deyər. O da belə izah edər:

“7-8 il əvvəl Kəbədə ikən içi qızıl dolu bir kisə tapdım. İçində 1000 qızıl var idi. İçimdən bir səs; ‘Bu qızıllarla, bunları bunları edə bilərsən’ deyirdi. öz özümə Xeyr dedim, bu mənim deyil, başqasının malıdır, istifadə etməyim haram olar dedim.

Bu əsnada bir nəfər: ‘Belə bir kisə tapan var mı?’ Deyə qışqırırdı. Çağırdım onu, necə bir kisə və , içində nə olduğunu soruşdum. Kisəni təsvir etdi və içində 1000 qızıl olduğunu söylədi. Al elə isə kisəni deyərək verdim. Adam kisəni açıb içindən mənə 30 qızıl verdi.

Bazara getdim. Təmiz üzlü gənc bir əsiri (köləni) tərifləyərək satırdılar. Gəncin təmizliyi mənim diqqətimi çəkdi. Yanlarına getdim, bu kölə üçün nə istəyirsiniz dedim. 30 qızıl dedilər. Həmin adamdan aldığım 30 qızılı verib gənci satın aldım.

Bir iki il keçdi. Gənc çox çalışqan, çox ədəbli biri idi. Onu aldığıma çox məmnun olmuşdum. Bir gün onunla gedərkən qarşıdan iki üç nəfər gəlirdi. Gənc mənə dedi ki:

Əfəndim, mən Mərakeş əmirinin oğluyam. Bu gələnlər atamın adamlarıdır. Məni tapdılar. Səndən, məni satın almaq istəyəcəklər. Sən yaxşı bir insansan, məni onlara 30 min qızıldan aşağı satma” dedi.

O adamlar yanıma gəldi, bu əsiri bizə satarsanmı dedilər. Sataram dedim. 60 qızıl verək dedilər. Olmaz dedim. Yaxşı amma sən bunu 30 altına almadın mı? Biz sənə iki mislini veririk dedilər. Elə isə gedin bazardan alın dedim. Artıra artıra qiyməti 20 min qızıla qədər yüksəltdilər. 30 mindən aşağı olmaz dedim. Çarəsiz qəbul etdilər. Qızılları verib, gənci alıb getdilər.

Mən o 30 min qızılla, iş yerləri açdım, ticarətlə məşğul oldum, daha çox zəngin oldum. Bir gün dostlar mənə , çox zəngin bir ailənin yaxşı bir qızı var. Atası yeni vəfat etdi. Onunla səni evləndirək dedilər. Mən də olar dedim. Nikah kəsildi. Dəvə yüklü cehizini gətirdilər. Cehiz arasında bir torba diqqətimi çəkdi. Qıza, bu nədir dedim.

İçində 970 qızıl var, atam Kəbədə bunu itirmiş, tapan gəncə 30-unu vermişdi. Qalanını da mənə hədiyyə etdi, cehizini hazırlayarsan dedi.

Demək ki tapdığım qızıllar mənim rızqım imiş, verməsəm haram yoldan gələcəkdi, indi halal yoldan yenə mənə gəldi.

Mənə kömək edib haramlardan qoruyan, nə qədər nemətlər lütf edən uca Rəbbimə həmd edirəm.”

 

Mənbə:gencdergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 61 dəfə.

calal calalov

Read Previous

Ananın, uşaqların baxımı və tərbiyəsində göstərdiyi həssaslıq necə olmalıdır?

Read Next

Ədəb nədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.