• 24 Avqust 2019

Dünyanın qızıl nisbət nöqtəsi Məkkədir (video)

mekkeDünyanın qızıl nisbət nöqtəsi Məkkədir. Dünyanın mərkəzini təyin etmək üçün hesablama metodu halına gəlmiş en dairəsinə və uzunluq dairəsinə görə dünyanın qızıl nisbət nöqtəsi Məkkədir.
Məkkə şəhərinin şimal qütbünə olan uzaqlığı ilə cənub qütbünə olan uzaqlığının nisbəti qızıl nisbət sayını verir: 1,618
Məkkə şəhərinin cənub qütbünə olan uzaqlığı ilə iki qütb arasındakı uzaqlığın bir-birinə olan nisbəti qızıl nisbət sayını verir: 1,618
Məkkədə günlərin dəyişdiyi və gün dəyişmə xətti olaraq təyin olunan xəttə qədər olan şərq uzaqlığı ilə qərb uzaqlığının bir-birinə olan nisbəti qızıl nisbət sayını verir: 1,618
Məkkənin gün dəyişmə xəttinə qərb uzaqlığının dünyanın o paraleldəki dairə uzunluğuna olan nisbəti qızıl nisbət sayını verir: 1,618

Quranda Məkkə sözünün keçdiyi sadəcə bir ayə var – Ali İmran surəsi, 96-ci ayə:
“Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.”

Bu ayədə 47 hərf var. Hərf saylarının qızıl nisbətinə baxanda Məkkə şəhərini işarə edildiyini görürük. 47 : 1,618 = 29
Ayənin başlanğıcından Məkkə sözünə qədər 29 hərf var.

Leanardo da Vinçi Pərgarı ilə dünya xəritəsindən əldə edilən nisbətlərdə Məkkə şəhərinin Ərəbistanın qızıl nisbət bölgəsində, Kəbənin də Məkkənin qızıl nisbət bölgəsində olduğunu görürük.

dunya

Qızıl Nisbət Nədir? Misir piramidalarını, Leonardo da Vinçinin “Müqəddəs Jerom” əsərini, günəbaxan çiçəklərini, molyusk çanaqlarını və barmaqlarımızı birləşdirən ortaq cəhət nədir? Bu sualın cavabı mikrodünyanın DNT-sindən makrodünyanın nəhəng qalaktikalarına qədər nizamlanmış incə bir əyar olan qızıl nisbətdir.
Qızıl nisbət italiyalı bir riyaziyyatçı olan Fibonaççinin tapdığı ədəd ardıcıllığından alınan nisbətdir. Ardıcıllıq bu cürdür: 0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144 və s. Bu ardıcıllığın iki maraqlı xüsusiyyəti vardır. Birincisi, ardıcıllıqdakı hər ədəd özündən əvvəlki iki ədədin cəminə bərabərdir. İkinci ən maraqlı xüsusiyyəti isə ardıcıllıqdakı ədədlərin özündən əvvəlki ədədə nisbəti sırada irəlilədikcə sabitləşir, yəni 89/55 nisbətindən başlayaraq məşhur qızıl nisbət- 1,618 riyazi sabiti alınır.
Qızıl nisbət riyaziyyatda çox mühüm yer tutan sabitlərdən biridir. Lakin bu ədədin əhatə dairəsi təkcə riyaziyyatla məhdudlanmır. Bir çox elm sahəsinin mütəxəssisləri bu ölçüdən istifadə etmişlər. Məsələn, misir ehramlarına baxdığımız zaman həndəsi piramida quruluşlarında qızıl nisbətin hesablanmış olduğunu, da Vinçi kimi məşhur sənətkarların əsərlərində qızıl nisbətə geniş yer verildiyini görərik. Başlayarkən də qeyd etdiyimiz kimi, qızıl nisbət təbiətdə çox geniş şəkildə özünü göstərən bir ölçüdür. Alimlərin və incəsənət mütəxəssislərinin araşdırmaları nəticəsində qızıl nisbətin insanların bədənlərindəki ölçülərdən tutmuş üzdəki cizgilərinə və hətta əl barmaqlarına qədər kodlandığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, qızıl nisbətə uyğun olan insan surəti istisnasız hər kəsin bəyəndiyi gözəllikdə olur. DNT-yə nəzər saldığımız zaman bu molekuldakı 21 anqstrem və 34 anqstrem ölçüsünün iki Fibonaççi ədədi olduğunu görərik. Makrodünyadakı qalaktikaların bir çoxu da loqarifmik spiral quruluşuna sahib olub özündə qızıl nisbətin nəhəng nümunəsini ehtiva edir.
Bəs necə olur ki, bütün kainatda belə incə nizam və əyar mövcud olmuşdur? Necə olur ki, sadəcə bir riyazi ifadə olaraq gördüyümüz 1,618 öz bədənimiz də daxil olmaqla hər yerdə özünü göstərir? Bu, gözləgörünməz molekulların, öz bədənimizin, kainatın nəhəng strukturlarının, ətrafda gördüyümüz simmetriya, qüsursuzluğun və təbiətdəki estetikanın üstün bir ağıla sahib eyni bir Yaradıcı tərəfindən dizayn edildiyinin ən açıq göstəricilərindən biridir.

mənbə:

anspress

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 112 dəfə.

calal calalov

Read Previous

Rəcəb ayında oxunacaq dua

Read Next

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Osman Nuri Topbaşla görüşüb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.