• 23 May 2019

ƏXLAQ HAQQINDA PEYĞƏMBƏR ƏFƏNDİMİZİN (SƏS) HƏDİSLƏRİ

Əxlaq insanın hal və hərəkətlərinə istiqamət verməsi baxımından böyük əhəmiyyətə malikdir. İnsanın hərəkət və davranışları onun əxlaq və anlayışına uyğun formalaşır. Böyük İslam alimi imam Qəzzalinin də dediyi kimi, “qəlbdə olan əxlaqi keyfiyyətlər insanın davranışları vasitəsilə təzahür edir”. Yəni insanın hərəkət və davranışları mütləq surətdə qəlbində yerləşən əxlaqi keyfiyyətlərə uyğun formalaşır.
Əxlaq mövzusu İslamda əhəmiyyətli mövzulardan biridir. Allahın Rəsulunun (səs) uca əxlaq üzrə olduğunu bəyan etməsi və Rəsullahın da (səs) əxlaqi gözəllikləri tamamlamaq üçün göndərildiyini bildirməsi İslamın əxlaqa nə qədər çox əhəmiyyət verdiyini göstərir.
Bir gün bir nəfər Rəsulullahın (s.ə.s) yanına gələrək “İslam nədir?” deyə soruşdu. Rəsulullah (s.ə.s) də, “Gözəl əxlaqdır” deyə cavab verdi. Həmin şəxs ya daha çox məlumat almaq, ya da fərqli bir cavab eşitmək üçün eyni sualı dörd dəfə təkrarladı. Lakin hər dəfə Rəsulullah (səs) eyni cavabı verdi. Peyğəmbərimizin (səs) qətiyyətlə hər dəfə eyni cavabı verməsi dinimizin gözəl əxlaqa nə qədər çox əhəmiyyət verdiyini göstərir. Bundan əlavə Rəsulullahın (səs) İslamı “gözəl əxlaq” kimi təsvir etməsi, İslamı yaşamağın ancaq gözəl əxlaqla mümkünlüyünü, bunun dinin əsasında olduğunu bildirir.
Gözəl əxlaq haqqında Peyğəmbərimizin (səv) bir çox hədisləri vardır. Bu hədislərdən bəziləri aşağıdakılardır:
1. “Allahım yaradılışımı (surətimi) gözəl etdiyin kimi, əxlaqımı da gözəlləşdir.”
2. “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.”
3. “Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn başqa bir şey yoxdur.”
4. “Uşaqlarınıza, lazımi şəkildə ikram edin. Onları gözəl tərbiyə edin.”
5. “Allah Təala çirkin və alçaq söz və davranış sahiblərinə qəlbən düşmənçilik göstərər.”
6. “Ədəbsizlik və çirkin söz, girdiyi yeri çirkinləşdirir. Həya isə girdiyi yeri gözəlləşdirir.”
7. “Hər dinin özünə xas bir əxlaqı vardır. İslamın əxlaqı həyadır.”
8. “Həqiqətən doğru danışmaq əməlisalehliyə aparır, əməlisalehlik də Cənnətə. Bir bəndə o vaxta qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar. Həqiqətən yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə. Bir bəndə o vaxta qədər yalan danışar ki, onun adı Allah dərgahında yalançılar siyahısına yazılar”

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 285 dəfə.

calal calalov

Read Previous

Dua edərkən diqqət ediləcək 10 xüsus

Read Next

Yanvar 2019

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir