• 19 İyun 2019

Hər işdə bir xeyir vardır

Bir gün okeanda yol alan bir gəmi qəzaya düşərək batır. Gəmidən sağ xilas olan adamı, dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür.

Adam ilk günlər özünü qurtarması üçün Allaha yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən…

Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma düzəltdi. Sahildə tapdığı, gəmidən arta qalan konserv, kompas kimi əşyaları bu daxmaya qoydu.

Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, özünü qurtarması üçün Allaha dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çıxdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Tüstü göyə yüksəlirdi. Başına gələ biləcək ən pis şey idi bu.

Kədər və hirs içində dondu qaldı. İndi bu kimsəsiz adada, girə biləcəyi bir daxma belə qalmamışdı. “Allahım! bunu mənə necə edə bildin”? deyə fəryad etdi. O gecəni kədər və üzüntü içində keçirdi. O qədər dua etdiyi halda, başına bu hadisə gəldiyi üçün Allaha sitəm etdi.

Ertəsi səhər erkən saatlarda, adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı. Əldən düşmüş adam özünü qurtaranlardan soruşdu

– “Mənim burada olduğumu necə anladınız?

Cavab onu həm çaşdırdı, həm də utandırdı:

– “Tüstü ilə verdiyiniz işarəni gördük!”

Bəzən başımıza gələn pis hadisələr ALLAHın bizə bir lütfü ola bilər.
Odur ki, hər şeyə səbr edib, şükr etmək lazımdır…

Hər işdə bir xeyir var.

Bizim üçün ən yaxşısını ALLAH (c.c) bilir.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 281 dəfə.

Səməd Əlixanov

Read Previous

NİYƏ XARİCİ DİL?

Read Next

SÜBH NAMAZINA QALXMAĞA KÖMƏK EDƏCƏK 20 AMİL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir