• 29 Mart 2024

“HAFİZLİK SƏBR ETMƏKDİR”

kuranikerim“HAFİZLİK SƏBR ETMƏKDİR”

Hafizlik tələbəsi olan bir qızın dilindən hafizlik hekayəsi.

İlk dəfə idi ki, ailəmdən ayılırdım, içim hüznlə dolu idi. O gün hafizlik etmək üçün Quran kursuna ilk addım atmışdım. İçimdəki həyəcan fırtınası bambaşqa idi.

Ətrafımdakı insanların mənə baxışları məni biraz qorxutmuşdu. Buralara necə öyrəşəcəyəm deyə çox qorxmuşdum. Düşünə-düşünə Qurani Kərimin mənə verdiyi səmimiyyətlə, məndə artıq bütün qəlbimlə onlardan biri olmuşdum. Buraya gəliş məqsədimi heç unutmayaraq bütün gücümlə sarılmıştım Qurani Kərimə.

Qurani Kərim qəlbimdə tək yanan işıq, içimi rahatlaşdıran pəncərəm idi. Hafizliyim, dualarım idi, hıçkırıklarım idi, gecələri yuxularımı bəzəyənim idi . Mənim üçün çox uzaq, həm də çox uzaq idi. İmkansız idi Quranın hamısını hifz etmək.

Gecə gözlərimi yumduğumda yuxumda hafiz olduğumu görürdüm. Bir həyəcan bir ümid dolardı içimə. Qəlbim titrəyərdi hafiz oldum deyə. Taa ki səhər gözlərimi açana qədər, gözlərimi açdığımda içimə bir inciklik bir hüzün dolar yuxuymuş deyərdim öz özümə. Tək arzum tək istəyim idi yuxularımı gerçəkləşdirmək.

Əslində bir sevda idi hafizlik, eşq idi hafizlik, gözləri şişənə qədər ağlamaq idi hafizlik, yatarkən belə ayələri dil ilə oxumaq idi hafizlik, əslində ən böyük səbirdi hafizlik. Öz-özümə ikinci bir niyətim olmayacaq deyə söz vermişdim. Bu müqəddəs və məşəqqətli yola başlayarkən ya ölüm ya da hafizlik demişdim.

Başımı rahiləmin üzərinə qoyaraq əvvəl əfv, sonra səbr dilədim Uca yaradandan. Hər çətinliyin arxasında vardır bir asanlıq dedim. Bilirdim ki əzbərlədiyim ayələr mənə yaxşılıqla da pisliklə də imtahan olacağımı söyləyir. Bu da gəlib keçər dedim.

Yağan yağışdan sonra doğmazmı günəş? Quranımdakı səhifələrin üzərinə düşən gözyaşlarım əzbərlədiyim hər ayəyə şahiddir.

Ən böyük həsrətimdi hafizlik. Bəzən də tək başına bütün problemləri aşmaqdı. Gurbət eldə yaşamaq içimi yandırar olmuşdu. Nə zaman bitəcək deyə günlərimi sayar olmuşdum. Həsrət çəkərdim anama, atama, torpağıma. Gözlərimdən yanaqlarıma süzülən gözyaşım həsrətimin şahidi idi. Amma səbr deyirdim. Əlbəttə keçəcək bu günlər, nə keçmədi ki bu günlərdə keçməsin.

Mədrəsədəki ən gözəl xatirələrim, camaatla qıldığımız namazların ləzzəti, bir də səhərlər yarı yuxulu vəziyyətdə əzbərlədiyim əzbərlərim idi.

Cəld addımlarla yeməkxanaya gedib orada yemək sırası gözləmək, ən şirin tələbəlik xatirələrimiz idi.

Dərsimi verə bilmədiyim gün gözlərimdəki kədər, müəllimimə baxanda içimdəki utancaqlıq yeyib bitirirdi məni. Çünki müəllimim də mənə hirslənirdi içdən içə. Müəllimimin haqqını necə ödəyə bilərdim. Mənə yalnız müəllimlik deyil həm də ata-analıq edən müəllimimin haqqını necə ödəyə bilərdim ki.

Allahu Təala (cc) hafızlərə tac geydirəcək demişdi. Düşünün, Rəbbimiz yalnız hafizlərin bədəninə atəşi haram qılmış, onlara şəfaət haqqı vermişdir. Namaz qılana, oruc tutana deyil yalnız hafızlərə. Nə mükəmməl mükafat Ya Rəbbim! Məni bu yolda irəliyə doğru aparan müəllimimin haqqını necə ödəyə bilərdim.

Bitirə bilməyəcəyimi sandığım yol artıq çox yaxınlaşmışdı. Hər gün heç bezmədən, sıxılmadan hafiz olacağım günü hesablayırdım. Və nəhayət hesabladığım gün gəlmişdi, şükürlər olsun Ya Rəbbim! Bitirə bilməyəcəyimi sandığım bu yolun sonuna gəlmişdim. Zəhmətlə qovuşduğum hafizliyimə mərhəmətinlə çatmışdım, məndə HAFİZ olmuşdum.

HƏYAT HAFİZLİKLƏ, HAFİZLİK CƏNNƏTLƏ,

CƏNNƏT SƏNİNLƏ GÖZƏLDİR YA RASULALLAH!

Read Previous

May 2015

Read Next

Peyğəmbərimizin dilindən Gənclik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.