• 22 Avqust 2019

Hilyə nədir?

hilyeiserifnedirHilyə sözünün lüğətdəki mənası bəzək, zinət, üz və ruh gözəlliyi deməkdir. Termin olaraq mənası isə, hz. Peyğəmbər (səllallahu əleyhi və səlləm) əfəndimizin, bəşər kəlamının imkanları nisbətində sözlərlə çəkilmiş rəsmidir.
Nahifi belə deyir:
“Şübhəsiz ki, bir kimsə, Hilyəyi şərif yazıb ona çox baxarsa, Allah Təala o kimsəni xəstəlik və çətinliklərdən və ani ölümlərdən qoruyar. Bir yerə səfər gedərkən özü özü ilə apararsa, o səfərində daim Allahu təalanın mühafizəsində olar.”
Bir çox İslam alimləri, hilyəyi şərifənin saysız-hesabsız fəzilətləri haqqında düşüncələrini ortaya qoymuşlar. Hətta hz. Peyğəmbər (səllallahu əleyhi və səlləm)-i yuxuda görmək üçün də, hilyəyi şərifə əzbərləmə ənənəsi, bir çox islam ölkəsində hələ də var olmaqdadır.
Biz də bu sahədəki acizliyimizi etiraf etməklə birlikdə, bizlərə qədər çatan rəvayətlərdən könlümüzə əks edən şəbnəmlər misalı hilyəyi şərifəni təbərrükən nəql etməyi arzu etdik. Müxtəlif rəvayətlərdə belə buyurulmaqdadır:
Rəsuli Əkrəm (səllallahu əleyhi və səlləm), uzuna yaxın orta boylu idi.
Yaradılışı çox balanslı olub mütənasib bir vücuda sahib idi.
Sinəsi geniş, iki çiyinlərinin arası açıq idi. İki kürək sümüyü arasında peyğəmbərlik möhürü var idi.
Sümükləri və oynaqları iri idi.
Bədəni gül kimi çəhrayı ağ, nurani və parlaq, ipəkdən yumşaq idi. Mübarək bədəni daima təmiz idi və qoxusu fərahlıq verirdi. Qoxu sürtsə də sürtməsə də bədəni və təri, ən gözəl qoxulardan daha xoş bir lətafəttə idi. Bir kimsə Onunla görüşərsə, bütün gün Onun lətif qoxusu ondan çəkilməzdi. Sanki güllər, qoxusunu Ondan almışdı. Mübarək əlləriylə bir uşağın başını sığallayanda, o uşaq, gözəl qoxusuyla digər uşaqlardan ayırd edilirdi.
Tərlədiyi zaman bədəni, gül yarpaqlarının üzərindəki şəbnəmləri xatırladırdı.
sakaliserifSaqqalı gur idi. Uzatdığı zaman, bir tutamdan çox uzatmazdı. Vəfat etdiklərində, saç və saqqalında iyirmiyə yaxın ağ tük var idi.
Qaşları hilal kimi olub, iki qaşı arası bir-birindən uzaq və açıq idi.
İki qaşı arasında bir damar var idi ki, Haqq üçün hirsləndiyi zaman qabarardı.
İnci kimi dişləri var idi və daim misvakdan istifadə edir, tez-tez istifadə edilməsini tövsiyə edərdi.
Kirpikləri uzun və qara idi. Gözləri böyük olub, qarası tam qara, ağı da tam ağ idi. Sanki gözlərində qüdrət əliylə əzəldən çəkilmiş bir sürmə var idi.
Müstəsna ruhi quruluşunun kamalı kimi, bədən quruluşunun camalı də bənzərsiz idi.
Mübarək üzü, gecələr ondörd günlük ayın parladığı kimi parlayardı. Hz. Aişə (ra) buyurur ki:
“Rəsulullahın üzü o qədər nur saçardı ki, gecə qaranlığında, ipliyi iynəyə Onun üzünün işıqlığında keçirərdim.”
İki kürək sümüyü arasında, peyğəmbərliyinə aid ilahi bir nişanə var idi. Bir çox səhabə, onu öpəbilmək eşqiylə yanardı. Vəfatı əsnasında bu möhürün qeyb aləminə getməsi, vəfatının təsdiqi oldu.
Mübarək və nurani bədəni vəfatından sonra heç bir dəyişikliyə uğramamıştı. Necə ki, hz. Əbu Bəkr (radiyallahu anh), qəmli və gözü yaşlı bir şəkildə “Varlıq Nuru” na nəzər edərək:
“Hayatın kimi ölümün də nə gözəldir, ya Rəsulallah!…” Demiş və mübarək alınlarına dodaqlarını değdirmiştir.
Boş söz söyləməzdi. Hər kəlamı hikmət və nəsihət idi. danışığında əsla dedi-qodu və mənasız bir şey yox idi. Hər kəsin ağıl və idrakına görə söz söyləyərdi.
Mülayim və təvazökar idi. Gülərkən qəhqəhə çəkərək gülməzdi. Daim təbəssüm edərdi.
Onu qəflətən görən kimsəni qorxu bürüyərdi. Onunla ülfət və söhbət edən kimsə, Ona can-dildən aşiq olurdu.
peygamberimizinmesiDərəcələrinə görə fəzilət sahiblərinə ehtiram eyləyərdi. Qohumlarına artıqlaması ilə ikram edərdi. Əhli beytinə və əshabına gözəl rəftar etdiyi kimi, digər insanlara da lütf ilə rəftar edər və:
“Heç biriniz öz nəfsi üçün istədiyini mömin qardaşı üçün də istəmədikcə kamil mömin ola bilməz.” Buyururdu. (Buxari, İman, 7; Müslim, İman, 71-72)
Xidmətçiləri ilə gözəl rəftar edərdi. Özü nə yeyib içər, nə geyinərsə, onlara da onu yedirir və geydirirdi. Comərd, ikram sahibi, şəfqətli və mərhəmətli, lazım olduğunda cəsur, lazım olanda da mülayim idi.
Əhdinə və vədinə sadiq idi. Əxlaq gözəlliyi, ağıl və zəka istiqamətiylə də bütün insanlardan üstün və hər cür övgüyə layiq idi. Yaradılışı gözəl, həyatı mükəmməl, misli yaradılmamış mübarək bir vücuda sahib idi.
Rəsulullah (səllallahu əleyhi və səlləm)-in hüznü daimi, təfəkkürü davamlı idi. Zərurət olmadan danışmazdı. Sükunət halı uzun çəkərdi. Bir sözə başlayanda yarım buraxmaz, onu tamamlayaraq bitirərdi. Az sözlə çox mənalar ifadə edərdi. Sözləri dənə dənə idi. Nə lazımından çox, nə də az idi. Yaradılış olaraq yumşaq xasiyyətli olmasına baxmayaraq çox heybətli idi.
Hirsləndiyi zaman yerindən qalxmazdı. Haqqa etiraz edilməsinin, haqqın tapdalanmasının xaricində hirslənməzdi. Kimsənin hiss etmədiyi bir haqq tapdalandığı zaman hirslənər, haqq yerini tapana qədər qəzəbi davam edərdi. Ancaq haqq yerinə gəldikdən sonra zikr etməklə rahatlaşardı. Əsla özü üçün hirslənməzdi. Şəxsinə aid işlərdə özünü müdafiə etməz, heç kimsə ilə münaqişəyə girişməzdi.
O, heç kimin evinə icazə almadan girməzdi. Evinə gəldiyi zaman da evdə qalacağı müddəti üçə bölərdi. Birini Allaha ibadətə, digərini ailəsinə, üçüncüsünü də özünə ayırardı. Özünə ayırdığı zamanını, ehtiyacı olan insanların hamısına aid edər, onlardan heç kimi məhrum buraxmazdı. Hamısının könlünü fethedərdi.
Rəsulullah (səllallahu əleyhi və səlləm)-in hər hal və hərəkəti, Zikrullah ilə idi.
hirkaMəscidin həmişə eyni yerində oturmaq adət olmasın deyə məscidlərin hər yerində oturardı. Yerlərə və rütbələrə müqəddəslik verilməsini və məclislərdə təkəbbürə yol açacaq bir rəftar olunmasını istəməzdi. Bir məclisə girəndə, hara boşdursa orada oturar, hər kəsin də belə etməsini arzu edərdi.
Kim Ondan hər hansı bir ehtiyacını aradan qaldırmaq üçün bir şey istəsə, o istər əhəmiyyətli, istər əhəmiyyətsiz olsun, onu yerinə yetirmədən rahat ola bilməz, ehtiyacın qarşılanmasının mümkün olmadığı təqdirdə, heç olmazsa gözəl bir söz ilə həmsöhbətinin könlünü almaqdan çəkinməzdi. O, hər kəsin dərd ortağı idi. İnsanlar, hansı rütbə və vəzifədə olursa olsun, zəngin-kasıb, alim-cahil, Onun yanında insan olmaq şərəfiylə bərabər rəftar görərdilər. Bütün məclisləri elm, həya, ixlas, səbr, təmkin, təvəkkül və əmanət kimi fəzilətlərin hakim olduğu bir məclis olardı.
Ayıb və qüsurları səbəbiylə heç kimi qınamaz, xəbərdarlıq etmək zərurəti hasil olduqda bunu, qarşısındakı insanı təhqir etməyəcək şəkildə zərif bir hərəkətlə edərdi.
“Müsəlman qardaşının düşdüyü fəlakəti sevinclə qarşılama! Allah Təala onu rəhmətiylə fəlakətdən qurtarar və səni imtahan edər.” Buyururdu. (Tirmizi, Qiyamət, 54)
Heç kimin ayıb və qüsurlarıyla araşdırmaz və digər insanların da araşdırmasını şiddətlə qadağan edərdi. Çünki başqaları haqqında zənn etmək, ilahi əmrlərlə qadağan edilmişdi.
Savabını ümid etdiyi məsələlər xaricində danışmazdı. Sohbət məclisləri xüşu içərisində idi. O danışarkən ətrafındakılar elə ovsunlanar və can qulağıyla dinləyərdi ki, hz. Ömər (radiyallahu anh)-ın ifadəsi ilə, başlarına bir quş qoyulmuş olsa, həmin quş orada uçmadan saatlarla qalabilərdi. Ondan əshabına əks edən ədəb və həya o dərəcədə yüksək idi ki, Ona sual soruşmağı belə özlərinə ar edərlər və kənardan bir bədəvi gələrək Həzrəti Peyğəmbərlə söhbətə etsəydi, Onun feyz və ruhaniyyəti ilə bərəkətlənərdik deyə gözləyərdilər.
Hətta heybətindən çəkindikləri üçün iki il sual soruşmadan gözləyənlər vardı. Ona olan məhəbbətləri səbəsi ilə mübarək üzünə baxa bilməzdilər.
Amr bin As (radiyallahu anh) belə demişdir:
“Rəsulullah (səllallahu əleyhi və səlləm) ilə uzun zaman birlikdə oldum. Lakin Onun hüzurunda duyduğum həya hissi və Ona qarşı bəslədiyim hörmət duyğusuna görə, başımı qaldırıb doya-doya mübarək və nurlu üzünə baxa bilmədim. Əgər bu gün mənə: “Bizə Rəsulullahı vəsf et, Onu izah et.” Desələr, inanın izah edə bilmərəm.” (Müslim, İman, 192; Əhməd, IV, 199)
Onun uca xislət və üstünlüklərini izah etmək istəyən kimsə: “Mən, bundan əvvəl də sonra da Onun bir bənzərini əsla görmədim!” cümləsini mütləq deyərdi.
Birgün Xalid bin Vəlid (radiyallahu anh), ərəb qəbilələrindən birinə getmiş və qəbilə rəisi ona:
“Ya Xalid! Bizə Allahın Rəsulunu, təsvir et.” Demişdi.
Xalid (ra) isə:
“-Bu Qeyri-mümkündür, Onu anlatmağa sözlər bəs etməz.” Deyincə, qəbilə rəisi:
“-O Halda heç olmazsa təsəvvür və idrak səviyyəsində xülasə et.” Dedi.
Bunun üzərinə Xalid (radiyallahu anh) bu möhtəşəm cavabı verdi: “Sənə bu qədərini söyləyim ki, göndərilən, göndərənin dəyərində olur. Göndərən, Kainatın Xaliqi olduğuna görə, göndərdiyinin şanını artıq sən xəyal və təsəvvür et!…” (Münavi, V, 92; Kastalânî, Mevâhib-i ledünniyye Tərcüməsi, s. 417)
Ondakı gözəllik, heybət, nuraniyet və lətafət o dərəcə yüksək idi ki, Onun Allahın peyğəmbəri olduğuna dair, ayrıca bir möcüzə, dəlil və açıqlamaya ehtiyac yox idi.
Bütün gözəlliklər, Rəsulullah (səllallahu əleyhi və səlləm)-de toplanmışdı. Bədənində sanki nur saçılırdı. Ancaq yenə də Allah Rəsulunu bütün gözəlliyi ilə kimsə görəbilmiş deyildir. Necə ki İmam Kurtubi belə deyər:
“Rəsulullah (səllallahu əleyhi və səlləm)-in hüsnü camalı tamamilə zahir olmamışdır. Əgər varlığının bütün gözəllikləri bütün həqiqəti ilə görünsəydi səhabələri ona baxmağa tab gətirə bilməzdi.” (Ali Kömək, Peyğəmbərimizin şəmaili, s. 49)
Rəsulullah -səllallahu əleyhi və səlləm-in şairi Hassan bin Sabit (radiyallahu anh), Onun yaradılışındakı bənzərsizliyini bu şəkildə misralara tökməkdədir:

واحسن منك لم تر قط عينى
واجمل منك لم تلد النساء
خلقت مبرءا من كل عيب
كانك قد خلقت كما تشاء

“Ya Rəsulallah! Mənim gözüm, Səndən daha gözəlini görməmişdir. Heç bir qadın Səndən daha gözəlini doğmamışdır. Sən, bütün ayıb və noqsanlardan bəri olaraq yaradıldın. Sanki Yaradan, Səni arzu etdiyin kimi yaratmış…”

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 1 dəfə, Cəmi - 208 dəfə.

calal calalov

Read Previous

Peyğəmbərimiz (səv) doğulduğu gün dünyada baş verən möcüzələr

Read Next

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.