• 19 Mart 2024

Hz. Ömərin duaları

duaHz. Ömər (r.ə) xəlifə olduqdan sonra minbərə çıxanda ilk sözü bu dua olmuşdur:
“Allahım! Mən sərt təbiətli bir qulunam, məni yumşaq xasiyyətli et, zəifəm, məni qüvvətləndir, paxılam məni comərd qullarından et!” (Suyuti, Tarixul-Hulefâ, s. 129)
“Ey Allahım! Məni qəflətən yaxalamandan, qəflət içərisində buraxmandan və qafil etməndən Sənə sığınıram.” (İbn Əbi Şeybə, Musannəf, VII, 82)
“Allahım! Əməlimi saleh qıl. Yalnız Sənin üçün olan xalis bir əməl et və onda başqası üçün heç bir hissə buraxma! (Riya və süm’aya salma!) “(Əli əl-Müttəqi, II, 675/5041)
“Allahım! Canımı fəzilətli qullarınla birlikdə al! Məni şərlilərdən eyləmə! Məni Cəhənnəm əzabından qoru! Məni xeyirli və seçilmiş bəndələrinlə bərabər eylə!” (İbn Sad, III, 331)
“Allahım, zənginliyimi qəlbimə qoy, Sənin qatındakı lütuflara rəğbət etdir, mənə ehsan etdiyin ruziləri bərəkətli et və məni haramlardan qoru!” (İbn Əbi Şeybə, Musannəf, VII, 81)
“Allahım! Dünyanı bizim üçün bəzədin və ondan sonrasının dünyadan daha xeyirli olduğunu xəbər verdin! Bizi daha xeyirli və daha qalıcı olan tərəfdən nəsibləndir “(İbn-i Əbi Xatim, Təfsir, II, 612; Süyuti, ed-Dürrü’l-Mensur, II, 295)
Ömər (ra) tez-tez:
“Ey Allahım! Bizə sağlıq ver və bizi bağışla!” Deyə dua edərdi. (İbn Əbi Şeybə, Musannəf, VII, 81)
Ömər (ra), gecə təhəccüd namazı qılmaq üçün qalxanda belə dua edərdi:
“Ya Rəbbi, olduğum yeri görürsən, ehtiyacımızı bilirsən! Allahım məni hüzurundan ehtiyacı qarşılanmış, hər cür qorxu və təhlükələrdən xilas olmuş, Sənin əmrlərinə razılıq edən, duası qəbul edilən, səhvlərini bağışladığın və özünə rəhmət etdiyin bir qulun olaraq göndər! ”
Namazını qıldıqdan sonra:
“Allahım, dünya üzərində baqi qalan bir şey görə bilmirəm, orada müstəqim (düz) bir şey də yoxdur. Allahım məni dünyada elmlə danışan, hikmətlə susan qullarından et! Allahım, mənə çox dünyalıq vermə ki azmayım, çətin vəziyyətdə də buraxma ki (ibadət və vəzifələrimi) unutmayım. Şübhəsiz ki, az olub kifayət miqdarı olan mal, çox olub (ibadət, zikr və məsuliyyətdən) qafil buraxan maldan daha xeyirlidir.” (İbn Əbi Şeybə, Musannəf, VII, 82)
Qıtlıq ilində Ömər (ra) Rəsulullahın Mescidində gecə yarısı namaz qıldıqdan sonra:
“Allahım! Bizi qıtlıqla həlak etmə! Bizdən bəlanı dəf et!” Deyə dua edir və duasını təkrarlayırdı. (İbn Sad, III, 319)
Saib ibni Yəzid (ra) belə deyir:
Qıtlıq ilində Hz. Ömərin üzərində bir paltar gördüm, tam on altı dənə yamağı var idi. O, belə dua edirdi:
“Allahım! Ümmət-i Məhəmmədi mənim üzümdən həlak etmə! “(İbn Sad, III, 320)
Ömər (ra), cənazə namazı qıldıqdan sonra belə dua edərdi:
“Allahım! Bu qulun dünyadan ayrılmış, dünyanı geridə qalanlara buraxmışdır. O, Sənə möhtacdır, Sən isə çox zənginsən. Dünyada ikən Allahdan başqa heç bir tanrı olmadığına və Məhəmmədin də Sənin qulun və Rəsulun olduğuna şəhadət edərdi. Ey Allahım! Onu bağışla, qüsurlarını əfv et və onu Peyğəmbərinə qovuşdur!” (İbn Əbi Şeybə, Musannəf, VII, 126)
Cənazənin dəfn edib məzarını düzənlədikdən sonra da:
“Allahım! Ailə üzvlərini, malını və qohumlarını Sənə təslim etdi. Günahları çox böyükdür. Onu bağışla!” Deyərdi. (Beyhəqi, əs-Sünənül-kübra, IV, 56)
Ömər (ra) son həccini etdikdən sonra kiçik daşları üst-üstə yığdı. Paltarının bir tərəfini onun üzərinə sərərək söykəndi və əllərini səmaya qaldırıb:
“Allahım! Yaşım irəlilədi, qüvvətim zəiflədi, camaatım çoxalaraq hər tərəfə yayıldı. Sənə qarşı bir qüsur işləmədən və ehmalkarlığa düşmədən məni hüzuruna al!” Deyərək dua etdi. (Muvatta ‘, Hudud, 10; Hakim, III, 98/4513)

Mənbə:islamveihsan.com

Read Previous

Fevral 2017

Read Next

Allah sevgisini necə qazana bilərik?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.