• 22 Noyabr 2019

İffət internetdən əvvəl da vardı

iffetİnternet, bir əyləncə və xəbər vasitəsi olaraq özündən əvvəlki bütün əyləncə və xəbər mediasını dəyişdirdi. Eyni zamanda bir ictimai ünsiyyət vasitəsi olaraq istifadə edilən internet, ictimai əlaqə formalarımızın və ənənələrimizin bir çoxunu taxtından endirdi, dünyayla və bir-birimizlə olan əlaqələrimizi dəyişdirdi. Texnoloji icadlar və bunların yayılması mövzusunda məşhur olan iki fikir vardır: Birincisi, bu yenilik və icadların insanların həyatında nə kimi dəyişikliklər edəcəyi gözardı edilə bilməz. Bu müsbət fikirdir. İkincisi isə, texnoloji icadlar və dəyişikliklər bir manipülasiya və istismar vasitəsi kimi qəsdli olaraq təşkil edilir. Burada, cəmiyyətlərin mədəni və psixoloji çatışmazlıqlarının, passivliklərinin istismar edilməsidir. Yəni başqa faktorlarla, üfüqi və şaquli hərəkətlərlə, böyük ölçülü, kompleks amma parçalanmış yeni bir cəmiyyətin ehtiyaclarını həm istismar etmə həm də yoxetmə vardır. Bu görüşə görə əgər internet hələ icad edilməmiş olsaydı, biz yenə başqa bir vasitə ilə manipulyasiya edilir ya da ağılsızca əyləndirilir olacaqdıq. İstər müstəqil bir sahədə icad edilib, daha sonra yeni cəmiyyətlər və yeni həyat şərtləri ortaya çıxarmış olsun, istər qəsdli olaraq yeni həyat formaları üçün icad edilmiş olsun internet məhsuldar tarlalardan hissə-hissə torpaq qoparır. İnternetdə ictimai rollar bir kənara qoyula bilir. Qarşılıqlı təsirə keçərkən fərqli bir yaşda və cinsiyyətdə görünməniz mümkündür. Forumlarda, bloklarda, ictimai paylaşma saytı facebook-da özünüzü ayrı bir cinsdən, tam fərqli biri olaraq tanıda bilərsiniz, sizə aid olmayan milyonlarla insanlardan birinin fotoşəklini mənimdir deyə adınızın üzərinə yapışdıra bilərsiniz. İnternet istifadəsinin ən təhlükəli cığırlarından biri; qadınların və kişilərin, üz-üzə deyə bilməyəcəkləri ifadələrlə görünüş və video paylaşmaları ilə həya və iffət sərhədlərini sıxışdırmasıdır.

Sizcə internet, texnologiyanın icadı və istifadəsi fikirlərin hansına görə var oldu?

Təhlükənin fərqinə vardıq. İndi bizi çəkib qurtaracaq bir əl lazımdır. Axtarışa başladıq. Yeni bir əxlaq sahəsi kəşf etdik: “İnternet əxlaqı”. Eynilə digərləri kimi: “siyasət əxlaqı”, “idman əxlaqı”, “birlikdə həyat əxlaqı”. Onun əxlaqı, bunun əxlaqı. Qiyamətə qədər daha minlərlə məsələ ilə qarşılaşacaq insanoğlu və hamısına bir əxlaq örtüyü tapacaq. Qarşılaşılan son məsələyə, son əxlaq olacaq ümidiylə. Beləcə kamala çatmamış şəxsiyyətlər hər dəfə yeni bir uyğunlaşma problemiylə üz-üzə gələcəklər. İddia edirəm əxlaq təkdir. Bu da hər sahədə etibarlıdır.

İnsana yalan danışmağın haramlığını ilmə-ilmə işləyək, sözünü tutmağı anladaq, başqasına əziyyət verməyin əzabını azca hiss etdirək. Fitnə fəsadı aradan qaldırmağı, həsədin yandırıcılığını öyrədək. Kinin, nifrətin yox ediciliyini hiss etdirək, vəzifələrin müvəqqəti olduğunu bildirək. Cəmiyyətin əxlaqsızlığının, insanın əxlaqsızlığından yarandığını göstərək. Müsəlmanın başqalarının namusundan da məsul olduğunu çatdıraq. İnsana iffəti öyrədək, davranış və həssaslıq ölçüsünü daşıyaq, sonra küçədə, işdə, internetdə hamı o şəxsiyyəti, əxlaqı sərgiləsin.

İnsandan başqa heç bir canlının davranışlarının əxlaqiliyi sorğulanmaz. İnsanın əxlaqlı davranışı onun bəzi dəyərlərə müəyyən bir məna verməsi və öz davranışlarını bu anlayışa görə nizamlaması deməkdir. Yalnız qarşımızdakılar deyil, özümüz də əxlaqi davranış çərçivəsində olmalıyıq. Elə isə insan başqalarını qiymətləndirərkən öz şəxsiyyəti haqqında da bir fikir sahibi olmaq məcburiyyətindədir. Hər kəsdə bir mənlik anlayışı, yəni öz şəxsiyyəti haqqında bir qənaət vardır. Siz necə bir insansınız? Öz şəxsiyyətinizə qarşı necə duyğular bəsləyirsiniz? Özünüzə qarşı necə davranırsınız? Suallarına veriləcək cavablar, insanın mənliyini ortaya çıxarar. İnsanın əxlaq anlayışı və ya əxlaq məlumatı ilə davranışı arasında hər zaman bir uyğunlaşma olmur. Ən böyük dərdimiz, bu uyğunlaşmanı təmin etmək olmalıdır.

İffəti ələ alaq! Haramdan uzaq dayanmaq, halal və gözəl olmayan söz və davranışlardan çəkinmək mənasını verən iffət, insanı bədəni və maddi həzzlərə həddindən artıq düşkünlükdən qoruyan ərdəm deməkdir.

Peyğəmbərimiz (s.ə.s.), “Hər kim dilinə və şəhvani arzularına hakim olacağına dair mənə söz versə mən də onun cənnətə girməsinə zamin olaram” buyurur. Baxın, sizə universal bir əxlaq meyarı. Hər yerdə istifadə edin. İstər siyasətdə, istər internetdə, istər işyerində. Hökmü bilmək kafi deyil. “Mən bunun harasındayam? Buna görə özümü necə göstərirəm? Bunu qəbul edirəmsə digərləriylə bunun işığında necə qarşılaşaram?” Suallarına veriləcək cavab olmalıdır. “Mömin kişilərə söylə: Gözlərini haramdan çəksinlər, ismətlərini qorusunlar. Bu özləri üçün daha təmizdir. Şübhəsiz ki Allah onların bütün etdiklərindən xəbərdardır. Mömin qadınlara da söylə, gözlərini haramdan çəksinlər və ismətlərini qorusunlar, zinətlərini açmasınlar!” (Nur Surəsi, 30-31) ayəsini anlamış, dərk etmiş, özünü buna uyğunlaşdırmış müsəlman kişi və qadın internetdəki hansı qeyri ciddi səhifəyə baxa bilər? Bu ayə yalnız küçədəki davranışlarımız üçünmü bizi xəbərdar edir?

Müsəlmanın şəxsiyyəti təkdir. Hər vəziyyətdə və mühitdə zinanın haramlığını bilib, ona bulaşmaz, ona yaxınlaşdıracaq vasitələrdən də uzaq dayanar. “Yeddi qrup insanı Allah, kölgəsindən başqa kölgənin olmadığı gündə Ərşinin kölgəsində kölgələndirər” Onların arasında bunu da sayar: “Mövqe və gözəllik sahibi bir qadın özünü (pisliyə) çağırdığı halda (çağırışını rədd edib) “Şübhəsiz mən Allahdan qorxaram” deyən kimsə “hədisini qavramış mömin kişi, internetdə qeyri ciddi niyyətlərlə tanışlıq saytlarına baxa bilərmi? Möminlərin anaları olduğu Quranda bəyan edilən “Peygambərin xanımlarından bir şey istədiyiniz zaman pərdə arxasından istəyin. Bu, həm sizin ürəkləriniz, həm də onların ürəkləri üçün daha təmiz bir davranışdır”, (Ahzap 53) ayəsini bilən həm də özünü bilən bir qadın, internetdə söhbət səhifələrində necə davranar? “Evlənməyə imkanları olmayanlar isə; Allah, lütfü ilə özlərini varlıqlı edənə qədər iffətlərini qorusunlar”, (Nur 33) ayəsini eşitmiş möminə namuslu olmaq üçün nə qədər əxlaq sahəsi açmaq lazımdır?

En böyük idealları mükəmməl bir əxlaqa çatmaq olan kəslər, özləriylə daim hesablaşmalıdır. Təsəvvüfdə nəfs mühasibliyi adı verilən şey budur. İnsan hər fürsətdə daxilə baxmaqla mənliyini fərq edərək, etdiyi hərəkətlərin və başındakı fikirlərin Allahın əmrlərinə və qadağanlarına uyğunluğuna nəzarət etməlidir. Həyatın hər anında, həmçinin internetdə…

mənəb:

islamaz.info

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 44 dəfə.

calal calalov

Read Previous

Rusiyada hicaba qadağa qoyuldu

Read Next

Peyğəmbərimiz (səv)-dən nümunəvi dualar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.