• 18 Sentyabr 2019

İKİ NƏFƏS ARASI BİR ÖMÜR

omurAllahu Təala Əsr surəsində “zaman”-a and içərək diqqətimizi ömrümüzün keyfiyyəti üzərində cəmləşdirməyi arzu edir. Zaman, iki uclu bir bıçaq kimidir. Kitab və Sünnənin ruhaniyyəti içində qiymətləndirilsə cənnətə vüslət vəsiləsidir. Bunun əksinə nəfsinə ram olanlar üçün, sanki axıb gedən bir sel kimidir ki, bu selin içində axıb gedən bir kötük parçası olmamaq lazımdır. Keçib gedən zamanı bir daha geri qaytarmaq mümkün deyil. Zaman borc alınıb verilə bilməz, satın alına bilməz. İnsan bütün varlığını fidyə olaraq versə belə, əcəlinin vaxtını bir saniyə belə irəli və ya geri çəkə bilməz. Əbədi aləmin hazırlıq mərhələsi olan dünya həyatı, qısa bir müddətdə sahib oluna bilən bir xəzinə kimidir. Buna görə həyat nemətinin qədir-qiymətini bilib onu layiqincə qiymətləndirmək lazımdır. Çünki bu nemət hər bir canlıya bir dəfə verilir və bu neməti lazımınca işlətməməyin vəbalı böyükdür. Zamanı, heç bitməyəcəkmiş kimi nəfsani arzular arxasında axmaqcasına ziyan etmək və qulluq vəzifələrinə laqeyd yanaşıb təxirə salmaq, son nəfəsdə insana qəhredici bir peşmanlıq səbəbi olacaqdır.

Beşiklə məzar arasında enişli-yoxuşlu, dar bir dəhliz olan ömür, alıb verdiyimiz nəfəslərin nəhayətindən ibarətdir. Sayısı qullara məchul, Allaha məlum olan bu nəfəslərin ən düşündürücü anı isə , şübhə yoxdur ki “son nəfəs” dir.

Son nəfəs, nəhayətə çatan bir dünya həyatı ilə yeni başlayan əbədi bir aləmin qovşaq nöqtəsidir. Yenə o, son dərəcə sərt və çətin bir keçiddir. İdrak sahibi hər mömin, o keçidi dərin dərin təfəkkür edib hər halını bu istiqamətdə düzəltmə cəhdi içirəsində olmalıdır.

Həyat səhnəsinin son pərdəsi olan son nəfəs, hər kəsin öz aqibətini əks etdirən, şəffaf , bir güzgü kimidir. İnsanoğlu özünü ən dəqiq olaraq son nəfəs güzgüsündə tanıyar. Çox qiymətli zaman hissələri olan nəfəslərimizi bu fani torpaqlar üzərində tükətərkən , ilahi kameraların hər an qeyddə olduğunu unutmamalıyıq. Doldurduğumuz həyat kaseti bir gün; “أقرأ كتابك: Kitabını oxu!” Əmri ilə bizə seyretdiriləcəkdir. O vaxt özümüzü çox dəqiq bir şəkildə yenidən tanıyacağıq.

Son nəfəsimizi nə vaxt verəcəyimiz məchul olduğundan bizi əbədi həyatda fəlaha çatdıracaq bir hesaba hazırlıq üçün gün, bu gündür. Axirət azığımızın tədarükü demək olan saleh əməllər üçün dəm, bu dəmdir.

Hədisi-şəriflərdə, sahib olduğumuz nemətlərdən tək tək hesaba çəkiləcəyimiz xatırladılaraq, o nemətlər barəsində qəflətdən uzaq qalmağımız belə təlqin edilir:

“Qiyamət günü heç bir qul; ömrünü harada keçirdiyindən, elmi ilə hansı işlər gördüyündən, malını haradan qazanıb hara xərclədiyindən, bədənini harada tükətdiyindən soruşulmadıqca olduğu yerdən tərpənməyəcəkdir. “(Tirmizi, Qiyamət, 1)

“Beş şey gəlmədən əvvəl beş şeyin qiymətini bil: İxtiyarlığından əvvəl gəncliyini, xəstələnmədən əvvəl səhhətini, kasıblığından əvvəl zənginliyini, məşğul zamanlarından əvvəl boş vaxtlarını və ölümündən əvvəl həyatını!” (Hakim, IV, 341/7846; baxın. Buxari, Riqaq, 3; Tirmizi, Zühd, 25)

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 68 dəfə.

calal calalov

Read Previous

Quran tilavətinə gələn mələklər

Read Next

Ümidsiz olmayın!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.