• 19 Mart 2024

İman qəhrəmanı Maşita xanım

masitaFironun sarayından cənnət bağçalarına uzanan bir hekayə. Allaha iman etdim dediyi və imanından dönmədiyi üçün  iki azyaşlı uşağı, gözlərinin qarşısında şəhid edilən bir ana.
Maşita xanım Fironun qızının xidmətçisi idi.
Birgün Fironun qızının saçlarını daramaq üçün darağı götürərkən “Bismillah” dedi. Qız da bunu eşitdi və dərhal gedib atasına xəbər verdi.
Firon Maşita xanımı yanına çağırtdırıb onu hesaba çəkməyə başladı. O da Firona, içindəki iman həyəcanıyla cəsur bir şəkildə:
“-Sən də bizim kimi bir fanisən! Sən necə tanrı ola bilərsən?!” dedi.
Firon çox hirsləndi:
“-Demek sən də Musaya iman etdin, Ona tabe oldun, elə mi?!” dedi.
Sonra Maşita xanıma işgəncə etməyə başladı. Lakin Maşita xanım, bütün bunlara baxmayaraq tövhid əqidəsindən dönmürdü.
Bunun üzərinə Maşita xanımın beş yaşındakı qızını onun yanına gətirdilər:
“-Əgər Fironun tanrılığını qəbul etməsən, qızının boğazını kəsəcəyik!” Deyə təhdid etdilər.
Maşita xanım, yenə imanından dönmədi. Nəhayət qızını gözlərinin qarşısında qətl etdilər və qanlarını da Maşita xanımın üzünə sürtdülər. O isə böyük bir eşq və vəcd içində:
“Allah birdir! Allah birdir! Musa Onun Rəsuludur!” Deyirdi.
Firon və adamları, daha da çox əsəbləşdilər. Bu səfər onun üç aylıq uşağını gətirdilər. Anasına doğru uzatdılar. Uşaq, süd əmmək üçün anasının sinəsini axtarmağa başladı. Onu geri çəkdilər və:
“-Əgər dediyindən dönməsən, bu uşağı da sobaya atacağıq!” Dedilər.
Maşita xanım, bu acıya da səbir edərək imanından dönmədi. Nəhayət onun üç aylıq övladını da sobaya atdılar. Rəvayətə görə uşaq atəşlərin arasında dilə gələrək belə dedi:
“-Anacan, əsla imanından dönmə, səbr et! Cənnət ilə sənin aranda bir addım məsafə qaldığını görürəm! ”
Bu sözü eşidənlərin çoxu Həzrəti Musa (əs)-a iman etdilər.
Nəhayət Maşita Xanım şəhid edildi. O da cənnətdə övladlarının yanına getdi.
Bir hədisi şərifdə Maşita xanımla əlaqədar olaraq belə buyurulur:
Übey bin Kab (ra)-ın rəvayət etdiyinə görə Rəsulullah (səllallahu əleyhi və səlləm) Mirac gecəsində çox xoş bir qoxu hiss etdi və:
“-Ey Cəbrail, bu gözəl qoxu hardan gəlir, nə qoxusudur?” Deyə soruşdu.
Cəbrayıl (əs) da belə buyurdu:
“Bu, Maşita xanımın, iki uşağının və ərinin qəbirlərinin qoxusudur.” (İbn-i Macə, Fitən, 23/4030)

Mənbə:islamveihsan.com

Read Previous

Noyabr 2016

Read Next

İnsana ən böyük nəsihət

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.