• 28 Mart 2024

İngiltərədə gənclər arasında İslamı qəbul edənlərin sayı artır

ingilis-765islam-azmus

Son 6 il ərzində krallıqdakı məscidlərin sayı 1500-ə çatıb.

Aparılan statistik araşdırmalar nəticəsində son bir neçə ildə İngiltərədə gənclər arasında İslamı qəbul edənlərin sayının sürətlə artdığı məlum olub. 

Araşdırmalarda ölkəyə Braziliya, Lüksemburq və İsveç əsilli gənclərin daha çox müsəlman olduğu aşkar edilib. “Əl-Cəzirə” telekanalının mövzu ilə bağlı xəbərində ölkənin Hitson İnstitutunun araşdırmasına görə, hər ay 100-dən çox ingilisin İslamı qəbul etdiyinin müəyyən olunduğu bildirilib.

Xəbərdə ölkədəki məscidlərin sayının da qeydiyyatdan keçməyən və “müsəlla” adlanan ibadət məkanları istisna olmaqla 1500-ə çatdığı öz əksini tapıb. Maraqlıdır ki, krallığın həbsxana və digər cəzaçəkmə müəssisələrində də müsəlman olanların sayı mütəmadi şəkildə artır.

/azerimuslims/

Read Previous

“Fəth” hərəkatı Ərdoğanın Qəzzaya getməsini istəmir

Read Next

Suriyalı müxaliflər iki hərbi təyyarəni məhv ediblər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.