• 18 Oktyabr 2019

İngiltərəli qadınlar İslamı qəbul edirlər

ingilis-kadin-islam
“Bi-Bi-Si” telekanalının apardığı araşdırmanın nəticələri açıqlanıb.
İngiltərənin “Bi-Bi-Si” teleradio şirkəti krallıqda İslamı qəbul edən ingilis qadınlara dair sənədli film hazırlayıb.

Araşdırmalara istinadən hazırlanan “Məni müsəlman et” (Make me a muslim) sənədli filmində ökədə İslamı qəbul edən qadınların sayının davamlı şəkildə artdığı bildirilib. “Bi-Bi-Si 3” telekanalında efirə verilən sənədli filmdə alkoqollu içki qəbul edən və gecə həyatı keçirən 5 qadının bu vərdişlərindən imtina edərək, hansı səbəblərdən dolayı müsəlman olduqları və yeni dinin mənsubu olduqdan sonra həyatlarının hansı formada dəyişdiyi öz əksini tapıb.

Filmdə İngiltərədə hər il 5 min qadının İslamı qəbul etdiyi vurğulanaraq, onların 75%-nin ağdərili insanlar olduğu bildirilib. Maraqlıdır ki, ölkədə müsəlman olan qadınlar arasında əvvəllər maneken və ya müğənni kimi fəaliyyət göstərənlər çoxluq təşkil edir.

/azerimuslims/

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 77 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Zahidlik

Read Next

İslamda cinsi əxlaq – Qadın və cinsəllik (ikinci hissə)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.