• 20 Noyabr 2019

İnsana ən böyük nəsihət

en_buyuk_nasihat2-702x336Həyat, beşiklə məzar arasındakı məsafəyə sığmayacaq qədər ülvi bir həqiqətdir. İnsanların zehinlərində meydana gələn “Həyat nədir?” Sualına, “ancaq qara torpağın rütubəti və məzar daşlarının qatılığı” cavab olaraq yüksələcəksə, belə bir həyatdan daha acı, nə ola bilər?
Loğman (əs) buyurur:
“Ey oğlum! Cənazədə iştirak elə! Çünki cənazə, sənə axirəti xatırladar. Haram və günahlar isə, sənin dünyaya qarşı meylini artırar.”
Bir axirət yolçusu olan insana ən böyük nəsihət, ölümdür. İnsanın ən mühüm məsələsi də, həyat və ölüm muammasını ilahi həqiqətlər işığında görə bilməkdir. Çünki həyat, beşiklə məzaer arasındakı məsafəyə sığmayacaq qədər ülvi bir həqiqətdir.
Əsl həyat, Quran və Sünnə həqiqətlərinin çərçivəsində yaşayıb əbədi səadətə nail ola bilməkdir.
Bu şüuru hər zaman canlı tuta bilmək üçün,cənazədə iştirak etmək, o tabutun içində bir gün özünün də olacağını düşünüb özünü hesaba çəkmək, qəbirstanlıqları ziyarət etmək, dünyanın fani, həyatın qısa olduğunu tez-tez təfəkkür etmək lazımdır.

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 83 dəfə.

calal calalov

Read Previous

İman qəhrəmanı Maşita xanım

Read Next

Peyğəmbər əfəndimiz (səv) üçün yazılan mərsiyə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.