• 29 Mart 2024

İran-Səudiyyə gərginliyi

iranseudiyyeİran və Səudiyyə Ərəbistanı arasındakı münaqişə bir məzhəb savaşına dönə bilərmi?

Səudiyyə Ərəbistanlı şiə alim Nemri Bakir ən-Nimrin 3 şiə məhkumla  birlikdə edamı İranla Səudiyyə Ərəbistanı arasındakı onsuz da gərgin olan münasibətləri daha da pik həddə gətirdi. Səud rejimi aralarında Faris əz-Zahrani kimi əl-Qaidənin əhəmiyyətli ideoloq mütəfəkkirlərinin olduğu 43 məhkumla birlikdə bu edamları reallaşdırdı. Sələfi ideologiyaya mənsub əl-qaidəçilər ilə şiələrin eyni gündə edam edilmələri, verilən bu cəzaların məzhəbçi bir məqsəd daşımadığını, sırf ölkə təhlükəsizliyi ilə əlaqəli alınmış qərarlar olduğunu göstərməyə yönəlmişdir. Əl-Qaidə hərəkətlərində olduğu kimi böyük can itkinlərinin verildiyi terror hadisələrinə qarışmamış olsalar belə, Şeyx Nimr və yoldaşları, təxminən yüzdə qırxını şiələrin meydana gətirdiyi Şərq Əyalətində, “dövlət əleyhinə fitnə hərəkətlərinə” liderlik etdikləri və xalqın təhlükəsizliyini təhlükəyə soxduqları ittihamı ilə mühakimə olunub hökm geymişdirlər.

Edamlar üzərindən soyuq müharibə

Bu vəsiləylə, İranın daha əvvəl reallaşdırdığı bəzi edamlar mətbuatda təkrar gündəmə gəldi. Bunlardan ən çox əks-səda tapanı, bütün yerli və beynəlxalq cəhdlərə baxmayaraq edamların dayandırılmadığı Bəhram Əhmədinin başına gələnlərdir. 17 yaşında həbs olunub 20 yaşında ikən 27 noyabr 2012-ci ildə edamı reallaşan Əhmədi və digər beş yoldaşı İranın Kürdüstan əyalətindəndir və “Sələfi terror təşkilatlarıyla əməkdaşlıq içində dövlətə üsyan etmək və bu yolla Allah və Rəsuluna qarşı gəlmək” ittihamı ilə muhakimə edilmişdir. Behramın özü və ailəsi bu iddiaları rədd etdilər. Bəhram Əhli Sünnənin Şafii məzhəbindən dindar bir kürd gənciydi. Həbsxanadan sızdırmağı bacardığı məktublarında, işlədiyi tək cinayətin, “Hz. Peyğəmbərin xanımı hz. Aişəyə, hz. Əbubəkr və hz. Ömər kimi böyük səhabələrə davamlı təhqir edən Şiənin dini avtoriter şəxslərinə cavab vermək və onların iddialarını yüksək səslə rədd etmək ” olduğunu söyləmişdi. Behramın böyük qardaşı Şehramın da edamı keçdiyimiz oktyabr ayında qəbul olunub. Şəhram Əhmədinin, aralarında olduğu 27 Sünni məhkumla birlikdə, indi İranın Guantanamosu olaraq səslənilən Tehranın şimalındakı Kərəc şəhərinin Recai Şəhər həbsxanasında edamları gözlənilir. Nimrin edamına mislləmə olaraq İranın bu məhkumu edam edib etməyəcəyi hələlik bilinmir.

Bütün bunlardan anladığımız, istər ideoloji və siyasi istərsə həqiqətən daxili təhlükəsizlik səbəbləriylə olsun, İran və Səudiyyə Ərəbistanında verilən məhkəmə qərarlarının məzhəbçi və diplomatik bir məzmuna öz-özlüyündən bürünərək beynəlxalq bir problem halına çevrilə bilmə potensialının olmasıdır. Konstitusiya olaraq şiə bir dövlət olan İrandakı yüzdə 5 ilə 10 arasında olduğu deyilən sünni azlıq ilə, Sələfi-Vəhhabi ideologiyaya söykənən bir rejimə sahib Səudiyyə Ərəbistandakı eyni nisbətdə şiə azlıq, şübhəsiz sözü edilən gərginliyin əsl səbəbidir. Səudilərin İrandakı sünniləri sahiblənərək onlar ilə sıx bir əlaqə içində olduğuna dair etibarlı bir dəlil ya da ən azından açıq bir görüntü mövcud deyil. Əl-Qaidə-Taliban əlaqəli qrupların İran Sünniləriylə kiçik çaplarda əlaqələri var. Bunların arxasında ABŞ və Səud əli olduğunu düşünən İran, bu qruplara göz açtırmır və fəaliyyətlərinə şiddətlə qarşılıq verir.

Digər tərəfdən İranın Körfəz ölkələrində yaşayan şiələr üzərindəki güclü təsiri və bunlarla birbaşa əlaqəsi, beynəlxalq ictimaiyyətdə çox yaxşı bilinməkdədir. Xumeyni rejiminin 1979 sonrasındakı inqilabı ixrac siyasətinin ən yaxın hədəflərindən biri, əhalisinin əksəriyyəti şiə olan Bəhreyn ilə ətrafındakı digər Körfəz ölkələriydi. Səudiyyə Ərəbistanı və Qətərdə təxminən yüzdə 10-15, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində isə yüzdə 15-20-yə qədər şiə müsəlman yaşayır. Ərəb inqilabları müddətində Bəhreyndəki Sünni monarxiyanın, şiddətin də sərgiləndiyi küçə hərəkətləriylə çətin vəziyyətə düşməsi səbəbindən Səudiyyə Ərəbistanı, 2011 Mart ayında tank və əsgərləriylə müdaxilə edərək müttəfiqi olan bu ölkədəki olabiləcək bir şiə inqilabının önünə keçdi. Səudiyyəlilər, İranın Bəhreyndən başlamaq üzrə Körfəzdəki ölkələri istiqrarsızlaşdırarak burada peyk bir şiə dövləti qurma məqsədində olduğuna inanırlar. İran tərəfindən isə bu müdaxilə Bəhreynin işğalı olaraq beynəlxalq ictimaiyyətə əks etdirilir.

Həm örtülü həm açıq bir məzhəb savaşı onsuz da yaşanır

2003-ci ildə Amerika işğalıyla siyasi çöhrəsi dəyişən İraqdakı inkişaflara paralel olaraq 2004-cü ildə İordaniya kralı Abdullahın ortaya atdığı Ərəb dünyasını şimaldan əhatə edən “Şiə Hilali”, Livandan başlayaraq Suriya və İraqdan keçir, Körfəzdə sonlanır. Mədəniyyətlər İttifaqı konfransı üçün 2006-cı ilin Noyabrında İstanbula gələn İranın keçmiş başçısı Məhəmməd Xatəmi isə verdiyi bir reportajda “Şiə Hilalı” nn həqiqəti əks etdirməyən bir düşüncə olduğunu və Yaxın Şərqdə qarışıqlıq doğurmaq üçün çıxarıldığını söyləyəcəkdir. Bütün bu ifadələr bir tərəfə, şiə Hilalı ictimai-demoqrafik bir həqiqət olaraq o coğrafiyada mövcuddur və bəzi tarixi dövrlərdə təsirini itirir, bəzi dövrlərdə təkrar təsirli hala gəlir. İçində olduğumuz zamanda isə yenidən aktivləşmişdir. İraqın Səddam sonrasında şiə bir hakimiyyətin əlinə keçməsi, Hizbullahın İsrail qarşısındakı 2006 zəfəriylə Livan və ətrafında gedərək sünniləri də əhatə edən bir etibar əldə etməsi, 2011-ci ildən etibarən Suriyada olub bitənlər və son olaraq Husi hərəkatının vəkilliyiylə İranın Yəməndə hökm sürən hala gəlməsi, Yaxın Şərqdəki bütün Ərəb ölkələrini və təbii ki Türkiyəni narahat etdi. Lakin bu inkişaflardan Səudiyyə Ərəbistanının duyduğu narahatlıq və hiss etdiyi təhdid digərlərindən çox idi. Qarşı bir hücum olaraq Riyad rejimi İraq və Suriyada öz vəkillərini İran vəkillərinin qarşısına keçirdi. Yəmənə isə birbaşa müdaxilə etməyi üstün tutdu.

Olub bitənləri İran və Səudiyyəlilər arasında tarixi qədimə dayanan regional siyasi rəqabətlə açıqlamaq sadəlövhlük olardı. Yaşananlar bir məzhəb savaşımıdır eyni zamanda? Bəli, olub bitənlər siyasətçilərin başını çəkdiyi, bəzən açıqdan, bəzən örtülü, birbaşa yaxud vəkalət yolu ilə davam edən regional məzhəb savaşıdır. Onsuz da məzhəbçi tərəfdaşlar heç bir zaman inanc ixtilafları səbəbindən savaşmazlar. Ortada siyasi bir rəqabət və paylaşılabilməyən mənfəətlər var isə, məzhəb təəssübkeşliyi münaqişə və qarşıdurmanın öz-özlüyündən bir hissəsi olur və, fanatik bir güc olaraq siyasətin əmrinə girər. Bundan sonra verilən hökmlər, məhkəmə cəzaları və edilən edamlar belə məzhəblər və inanclar üzərindən şərh olunur, hətta yaşanan təbi fəlakətlər və qəzalar belə bunlar üzərindən açıqlanır. 2015-ci ilin həcc əsnasında Minadaki izdihamda 500-ə qədər İranlı hacının həyatını itirməsi əslində bugünkü yüksək gərginliyi çox yuxarılara qaldıran yaxın bir hadisə olaraq xatırlanmalıdır. İran bu hadisədən birbaşa Səudiyyə rejimini məsul tutmuş, İranın əhəmiyyətli şəxslərinin qəza bəzəyi verilən bu əməliyyatla aradan qaldırıldığını iddia etmişdi.

Məzhəb və vəkalət döyüşləri iki ölkə arasında aktiv savaşa çevrilərmi?

Belə bir ehtimal təbii ki mövcuddur. Ancaq beynəlxalq siyasət mütəxəssisləri hər iki ölkənin tələsik belə bir macəraya atıla biləcəyini ehtimal etmirlər. Məkkə və Mədinənin də sahibi olan Səudiyyə Ərəbistanına savaş elan etməsi bütün İslam dünyasında böyük bir reaksiya doğuracağının İranın görməməsi mümkün deyil. Ayrıca İranın başladacağı bu savaş bu gün etibarilə Riyad rejiminin arxasındakı Qərb blokuna savaş açmaq mənasına gəlir ki bu da İranı geri atacaq bir faktor olaraq meydana çıxır.

Səudiyyə Ərəbistanının da Qərbin əsla istəməyəcəyi belə bir savaşa gözü bağlı girəcəyini kimsə gözləməməlidir. İşin içində İran-Rusiya ittifaqı olunca, Qərbin, Yaxın Şərqdəki öz müttəfiqlərinə istədikləri kimi davranma sərbəstliyi verməsi düşünülə bilməz.

Səudiyyə Ərəbistanı bu edamlarla, İranın getdikcə artan dozadaki siyasi təcavüzlərinə bir qarşılıq verməyi düşünmüş ola bilər. Yəni təhdidlər qarşısında risk almaqdan çəkinmədiyini və çəkinməyəcəyini İrana və dünyaya göstərmək istəmişdir. Bu eyni zamanda ölkə içərisinə də bir mesajdır və hər şeyin idarəsi altında olduğunu eyham edir. Qarşılıqlı bir sıra diplomatik hücumların meydan gəlməsi normaldır. Yenə hər iki ölkənin küçələrində bəzən həddi aşan bəzi etirazlar təbii olaraq baş verəcək. Lakin edamlarla yüksələn bu gərginliyin başqa hadisələr bəhanəsiylə daha da yüksəlməsi yaşadığımız mühitdə daima var olacaqdır.

Mənbə:aa.com.tr

Read Previous

Axirəti unudanlar axirətdə unudulurlar

Read Next

“Bu bulağın suyu müsəlmanlara haramdır”!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.