• 29 Mart 2024

İŞİD lideri Bağdadini bu vəzifəyə kim qoyub?

540b4c71320024543f33aec82da1495c_LÇeçenistan prezidenti Ramzan Kadırov sensassion açıqlama ilə çıxış edib.

“İŞİD lideri Bağdadini amerikalı general Devid Petrus hazırlayıb”.

Çeçenistan prezidenti Ramzan Kadırov sensassion açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, İŞİD lideri Əbu Bəkr Əl Bağdadini amerikalı general Devid Petreus bu vəzifəyə cəlb edib.

«İraq, Suriya və digər ölkələrdə terroizm problemi artıq təhlükəli vəziyyət almağa başlayıb. ABŞ və Avropa isə bu zülmün yayılması üçün hər şey edir. Məndə məlumatlar var ki, terrorçuların rəhbəri Əbu Bəkr əl Bağdadi amerikalı general Devid Petreus tərəfindən bu işə cəlb olunub. Amerika bir sıra terror qrupları yaradır və maliyyələşdirir, sonra onlar bir-birləri ilə qarşı qarşıya qoyur. Nəticədə onlarla, yüzlərlə və minlərlə insan həlak olur».

Bu barədə o, özünün instaqram səhifəsində yazıb.

Xatırladaq ki, İŞİD terror qruplaşması Suriya, İraq və Livanda döyüşür. Onlar həmçinin Qafqazda, o cümlədən Çeçenistanda müharibə edəcəkləri barədə hədə səsləndirmişdilər.

Devid Petreus əvvəllər İraqda çoxmillətli qüvvələrin, Əfqanıstanda isə ABŞ və NATO güclərinin komandanı olub, CİA-nın direktoru vəzifəsində çalışıb. Bir müddət öncə jurnalist –bioqraf Pola Broduella ilə əlaqəsi üzə çıxdından sonra işdən uzaqlaşdırılıb.

«Bu yoluxucu xəstəliyi sərhəddə buraxmamaq üçün Rusiyanın gücü və vasitələri var. Əgər kimsə Çeçenistana soxularsa, biz Əbu Valid, Əbu Havs, Xəttab və Basev kimi onun da o dünya üçün biletini verərik» – deyə prezident əlavə edib.

Mənbə:

sunna.az

Read Previous

Nəzir qurbanı

Read Next

Məkkə 20 ildən sonra belə olacaq – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.