• 26 May 2019

İslamda qonşu haqqı

qonsuƏcdadımız, hər zaman mağazalarda vitrinə qoyulan malları almaqdan və satmaqdan çəkinərdilər. Bunun səbəbini isə həmin vitrinlərə qoyulan hər hansı bir qida maddəsində, neçə yetimin, yoxsulun ilişib qalmış qəmli nəzərlərinin olmasıdır.
Bu həssaslığı, göz önündə tutaraq restoranların, küçəyə açılan pəncərələrində, göz haqqından qorunmaq üçün hər zaman pərdə olardı. Evdə ət pişirilsə, “İyi qonşuya getdi, haqqı var.” deyə bir pay da qonşuya göndərilərdi. Həmişə qul haqqına, qonşuluq haqqına və göz haqqına ehtiram var idi.
Keçmişin insanları bu qədər mədəni idi. Bəs bizim bugünkü mədəniyyət səviyyəmiz necə idi?
Cənabı Haqqın bizdən necə bir qonşu olmağımızı istədiyini ifadə etmək baxımından Allah Rəsulu -səllallahu əleyhi və səlləm- Əfəndimizin bu mübarək hədisi-şərifləri nə qədər ibrətlidir:
“Cəbrayıl mənə qonşuya yaxşılıq etməyi (yəni qonşu haqqına riayət etməyi) o qədər çox tövsiyə etdi ki, qonşunu qonşuya vərəsə edəcək zənn etdim.” (Buxari, Ədəb, 28; Müslim, Birr, 140-141)

Allahu təala qonşularımıza yaxşılıq etməyimiz baxımıdan bir ayəti kərimədə belə buyurur:

وَاعْبُدُوا اللّٰهَ وَلَا تُشْرِكُوا بِه۪ شَيْـٔاً وَبِالْوَالِدَيْنِ اِحْسَاناً وَبِذِي الْقُرْبٰى وَالْيَتَامٰى وَالْمَسَاك۪ينِ وَالْجَارِ ذِي الْقُرْبٰى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّب۪يلِۙ وَمَا مَلَكَتْ اَيْمَانُكُمْۜ اِنَّ اللّٰهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالاً فَخُوراًۙ

Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!”(Nisa Surəsi, 36)
Fəxri-i Kainat Əfəndimiz (səv)-in qonşuluq ilə əlaqədar nəbəvi fərmanları iki xüsus əsasındadır:
1.Qonşuya əziyyət verməmək, onun hüququnu, iffətini, namusunu, təhlükəsizliyini qorumaq.
2.Qonşuya yaxşılıq, ikram, ehsan halında olmaq. Onun dərdiylə dərtlənmək, çətinlikdə olanda ona yardım etmək.
Demək ki, qonşu qonşuya möhtac. Qonşu qonşuya əmanət. Heç bir müsəlman, öz qardaşından biganə qala bilməz. «Qoy o, öz başının çarəsinə baxsın» deyə bilməz.
Qonşuluq, bir məkan ortaqlığı və yaxınlığıdır. İnsan, gözü qarşısında, ətrafında olan bitəndən məsuliyyət hiss etməlidir. Gündən-günə irəliləməkdə olan müasir dünyamız hər kəsin bir-birinə qonşu olduğu tək bir diyar halına gəlməkdədir. Dünyanın bir ucundan digər ucuna təyyarə yarım gündə çata bilməkdədir. Keçmişdə aylarla davam edən bir səfərlə ancaq çatılması mümkün olan bir iqlimdə, hər hansı bir fəlakət meydana gəlsə, artıq rabitə vasitələrilə, dəqiqələr içərisində bundan xəbərdar ola bilirik. Əgər həmin bölgədən xəbərdar oluruqsa deməli məsuliyyət daşıyırıq.
Çünki, Məsuliyyət, imkanlar nisbətindədir.
İnsanın mal və bənzəri imkanlarını çoxaltma səyini təsbit ilə başlayan Tekasür Surəsinin son ayəti kəriməsində buyurulur:

ثُمَّ لَتُسْئَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعٖ۪يمِ

“Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız” (Ət-Təkasur, 8)
Hər imkanın, harada istifadə edildiyinin, necə istifadə edildiyinin hesabı vardır. Maddi imkanlarda olduğu kimi, mənəvi ehsanların da hesabı vardır. Cənabi-Haqq, bizə iman mərhəmət lütfetdi. Ən böyük, ən uca Peyğəmbərə bizi ümmət etdi. Bu nemətlərin şükrünün necə olacağı barəsində təfəkkür etməmiz, hesabını buna görə verəcəyimizi unutmamamız lazımdır.
Peyğəmbər -səllallahu əleyhi və səlləm- əfəndimiz, əshabına ikram edib onları doyurmadan özü doymazdı.
“Qonşusu ac ikən tox yatan mömin deyil.” (Hakim, II, 15) buyururdu.

Mənbə:İslamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 108 dəfə.

calal calalov

Read Previous

Dünyadan köçənlər üçün dinimizdə 7, 40, 52 deyə bir şey varmıdır?

Read Next

Qoyun çobanının təqva həssaslığı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir