• 14 Oktyabr 2019

İtmiş xəzinə

sahipsiz_hazineFatih Sultan Mehmet dövründə qazının yanına iki nəfər şikayətə gəlmişdi. Şikayətçilərdən birisi, şikayətini bu cür dilə gətirdi:
“-Mən bu din qardaşımın filan yerdəki tarlasını satın aldım. Əkin üçün yer şumlayarkən, orada içərisi qızıl ilə dolu olan bir küpə rast gəldim. Küpü götürüb, tarlasını satın aldığım bu qardaşımın yanına getdim:
“-Buyur, Bu sənindir. Tarlanı şumlayarkən torpağın altından çıxdı! Götür” dedim.
O da;
“-Mən Bu tarlanı altı və üstü ilə birlikdə sənə satdım! Bu küp mənə halal olmaz!” Deyib qıızılları qəbul etmədi. Halbuki torpağın altından bu küpün çıxacağını bilsəydi tarlanı satmazdı.”
Qazı əfəndi, o biri adama söz haqqı verdi. O da;
“-Vəziyyət eynilə qardaşımın dediyi kimidir. Lakin mən ona tarlanı satınca, altı və üstü ilə birlikdə hamısı satmışam. Üstündəki məhsullarda bir haqqım olmadığı kimi, altındakı məhsullarda da heç bir haqqım yoxdur!” Dedi.
Qazı, bu iki səmimi müsəlman arasında hökm verməkdə heç bir çətinlik çəkmədi. Onlardan birinin saleh bir oğlu, digərinin də salehə bir qızı olduğunu öyrənincə, ikisi arasında vasitəçi oldu. Hər iki tərəfin razılığı ilə bu iki gəncin nikahlarını kəsdi. O bir küp qızılı da, gənclərin toy və cehiz xərcləri üçün sərf edilməsinə hökm verdi.
Onlar dünya malının və imkanlarının, ancaq axirəti qazanmaq üçün bir vəsait olduğunu dərk etmiş kəslər idi. Bu səbəblə əllərindən gələn hər imkan ilə ümmət-i Məhəmmədin imdadına yetişmək ən böyük məqsəd və hədəfləri idi.

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 161 dəfə.

calal calalov

Read Previous

Sağlamlıq, can və mal güvənliyi

Read Next

Fevral 2017

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.