• 20 Aprel 2024

Kaş ki, aclıq yoluxucu olsaydı

“Kaş ki, aclıq da yoluxucu olsaydı” dedi yeniyetmə.

Dünya tikan üstündədir. Bu gözəl  bir şeydir. Heç kimsə  xəstələnməsin,  ölməsin deyə.

Amma üzərlərinə  kimyəvi bomba yağan, cəsədləri sahillərdən  toplanan, qumda oynayarkən mərmilərə tuş gələn  uşaqlar, qadınlar və günahsız insanlar üçün də tikan üstündə olmadıqca ədalətli bir yer olmayacaq dünya. Ədalət olmayınca da sakinlik tapmayacaq.

Ölmək istədiklərini söyləyən balaca uşaqlar var, qəlpələrin parçaladığı bədənindəki ağrılara tab gətirərək. “Nə üçün” soruşan jurnalistdə “Niyə ölmək istəyirsən?” “Cənnətə gedib  qarnımı doydurmaq üçün” cavabını verən uşaqlar.

Kaş ki aclıq yoluxucu olsaydı …

O zaman bəlkə anlayardı, yediyindən çoxunu zibil qutusuna atanlar acların halından.

Bəlkə başa düşərdilər, minimum əmək haqqının iki qatını bir öynə üçün xərcləyənlər. Çox görməzdi verdiyini. “Qənaəti bilsin,  xərcləməyi bilsin, ” deməzdi bəlkə

Kaş ki yoluxucu olsaydı aclıq …

Hər gün evinin  qabağındakı zibil qutularını  qarışdırıb  faydalı şeylər axtaran əlləri, üzləri qap-qara  amma ürəyi tərtəmiz uşaqların hallarından anlayardı bəlkə,  çox yeyib yağ bağladığı üçün zəifləmə salonlarına milyonları  xərcləyənlər.

Kaş ki, aclıq  yoluxucu olsaydı …

O zaman basdığı bir düymə ilə  cəsədlərini parçaladığı  şikəst qalan, yaxınları ölən insanların acısını bəlkə  anlayardılar savaş baronları.

Kaş ki, yoxsulluq da yoluxucu olsaydı …

  Məktəbə gedən uşaqlarına xərclik  verə bilməməyin  nə  demək olduğunu bəlkə başa düşərdilər.

milyon dollarlıq göydələnlərdə,  milyon dollarlıq  lüks  maşınlara minib cənnət umanlar. Bəlkə anlayardıq,  bəlkə də hərəkətə keçərdik , bəlkə rahatımız pozulardı heç olmazsa….

“Özü üçün istədiyini mömin qardaşı üçün də istəməyən həqiqi  mömin  olmaz” buyurmuşmuşdu Hz. Peyğəmbər (s.ə.s). İndiki vaxtda buna  “empatiya” deyirlər.

Paylaşdıqca, bölüşdükcə,  dərtləndikcə, sevincə və kədərə ortaq olduqca gözəlləşəcək dünya.

Əlbəttə axirət…

Read Previous

İtiqaf nədir?

Read Next

17 RAMAZAN BƏDR QƏZVƏSİNİN İLDÖNÜMÜDÜR