• 25 İyun 2019

Kimsənin ahı kimsədə qalmaz

kul hakkiİnsanların xalis və saleh əməllər işləməyə müvəffəq olabilməmələrinin başlıca səbəbi, harama, şübhəli şeylərə və qul haqqına kifayət qədər diqqət etməmələridir.
İbadətlərdə dinclik və xuşu halında olabilmək, zövqlə və gözyaşı tökərək Allahın əmrlərini ifa edə bilmək, ancaq qul haqqından çəkinərək ciddi bir təqva həyatı yaşamağa bağlıdır.
Rəsulullah -səllallahu əleyhi və səlləm- Əfəndimizin, qul haqqı xüsusundakı həssaslığımızı artırmağımız üçün ümmətinə buyurmuş olduğu bu sözlər, nə qədər ibrətli bir təlimattır:
“Nəhayət, mən də bir insanam! Aranızdan bəzi kəslərin haqları mənə keçmiş ola bilər. Kimin malından səhvən (bilməyərək) bir şey almışamsa, budur malım gəlsin alsın! Yaxşı bilin ki, mənim yanımda ən sevimli olanınız, varsa haqqını məndən alan və ya haqqını mənə halal edən adamdır. Çünki Rəbbimə, ancaq bunun sayəsində halallaşmış olaraq və könül rahatlığı ilə kavuşmam mümkün olacaq… “Bu sözləri dinləyən bir adam ayağa qalxaraq:
“-Bir nəfər Sizdən bir şey istəmişdi, ona üç dirhəm verməmi mənə əmretmişdiniz, mən də vermişdim.” Dedi. Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm-:
“-Doğru Söyləyirsən. Ey Fadl bin Abbas, buna üç dirhəm ver! “Buyurdu. Sonra belə dua etdi:
“Allahım! Mən ancaq bir insanam. Müsəlmanlardan kimə ağır bir söz söyləmiş və ya onu incidəcək şəkildə vurmuşamsa, Sən bunu onun haqqında təmizliyə, əcrə və rəhmətə vəsilə et! “(Əhməd, III, 400)
“Allahım! Mən hansı möminə ağır bir söz demiş, o sözümü qiyamət günündə onun üçün, Sənə yaxınlıq vəsiləsi et! “(Buxari, Dəavat, 34)

Əfəndimizin bu bənzərsiz davranışı, cəmiyyətin ən alt təbəqəsindəki bir kimsədən ən üst məqamındakı idarəçilərə qədər hər kəsin ibrət alması lazım olan bir nümunədir. Nə böyük bir fəzilətdir ki, bütün aləmlərin, Onun hörmətinə yaradıldığı Həzrəti Peyğəmbər -səllallahu əleyhi və səlləm-, bütün məsumiyyətinə, yəni günahdan qorunmuşluğuna baxmayaraq, üstündə qul haqqı ola biləcəyini ifadə buyurmuş və əshabına kimin haqqı varsa gəlib haqqını Ondan almasını açıqca elan etmişdir. Beləcə, halallaşmağın əhəmiyyətinə müstəsna bir misal olmuşdur.

Bu səbəblə insan, bilərək və ya bilməyərək bir qul haqqına girmişsə, vaxt itirmədən və nə bahasına olursa olsun həmin şəxslə halallaşmalı, sonra da tövbəyə sarılmalıdır. Çünki dünyada utanmaq və çətinlik çəkmək, axirətdəkilərin yanında çox sadədir. O gün, buynuzsuz qoyun belə, özünə zərər verən buynuzlu qoyundan haqqını alacaq və kimsənin haqqı kimsədə qalmayacaq.

Ya Rəbbi! Qul haqqına girməkdən bizləri mühafizə et! Rəhmətinə nail olacaq bir həyat yaşayıb, hamımızı, sevdiyin, sevdirdiğin və sevindirdiyin saleh qullar qrupuna daxil et! Amin.

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 136 dəfə.

calal calalov

Read Previous

Xalqa görə deyil Haqqa görə yaşamaq

Read Next

Əbədi qurtuluşun açarı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.