• 20 May 2019

Lə iləhə illəllah

     13293853818444911951064404-410130_322983101055659_322982107722425_30052_1746_b[1]Əziz müsəlmanlar!

    İlk insan və ilk peyğəmbər olan Adəmdən (aleyhissalam) bizim peyğəmbərimiz Mühəmmədə (səs) qədər gəlib getmiş bütün peyğəmbərlər, insanları Tövhid inancına yəni “Lə İləhə İlləllah” deməyə çağırmışlar.

     Peyğəmbərlərin sonuncusu olan Həzrəti Mühəmməd (səs) iyirmi üç illik peyğəmbərlik dövrünün on iki ilini yalnız Tövhid əqidəsini insanların qəlblərinə yerləşdirməklə məşğul olmuşdur.

    Bir Hədisi-Şərifdə belə buyurulmuşdur:

    “Mən və məndən əvvəlki peyğəmbərlərin ən üstün dəvəti, Bir olan, şəriki və bənzəri olmayan  Allahdan başqa İlah yoxdur (yəni Lə İləhə İlləllah) sözüdür.[1]

    Demək ki bütün peyğəmbərlər, insanları “Allahdan başqa heç bir İlah yoxdur” həqiqətinə çağırmışdır. Çünki şirkdən və inkardan təmizlənməyin yeganə yolu “Lə İləhə İlləllah Allahdan başqa İlah yoxdur” kəlməsinə inanıb onu həyatda tətbiq etməkdir.

   Başqa bir Hədisi-Şərifdə Peyğəmbərimiz (səs)  belə buyurur:

   “Uşaqlarınıza ilk söz olaraq “Lə İləhə İlləllah deməyi öyrədin.”[2] Bunun üçün, əshabələr yeni dil açmağa başlayan uşaqlarına ilk əvvəl “Lə İləhə İlləllah deməyi öyrətmişlər.

     Bu  baxımdan, hər bir müsəlman tövhid əqidəsinin çizdiyi yolla getməli və övladlarına da bu şüuru aşılamalıdırlar. Heç bir zaman unutmamaq lazımdır ki, Allahdan başqa bir  yaradıcı, bütün kainatı idarə edən, ibadətə layiq olan heç bir varlıq yoxdur. Necə ki, mövzu ilə əlaqəli bir neçə ayədə Uca Allah belə buyurur:

   “Sizin ilahınız tək olan Allahdır. Ondan başqa ilah yoxdur. O, rəhmli və mərhəmətlidir.”[3]

    “Allahdan başqa heç bir ilah yoxdur .   (Bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların  işlərini yoluna qoyan) əbədi və əzəli varlıq Odur.”[4]

    “Göydəki ilah da, yerdəki ilah da Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir.”[5]

    Yuxarıdakı ayələrdən də başa düşüldüyü kimi  Allah birdir. Onun şəriki, tayı, bərabəri, və bənzəri  yoxdur. Peyğəmbər göndərən kitab endirən  Odur. Hər şeyi bilən və hər şeyə gücü çatanda Odur. Bu baxımdan tövhid kəliməsini söyləyən kimsə Allaha bu cür söz vermiş olmaqdadır.

   “Allahım, məni yaradan və yaşadan sənsən. Ən böyük sənsən. Hakim sənsən. Halal və haramı bildirən sənsən. Sənə inanmaq,  sənə güvənmək və səni sevmək fərzdir. Mən sənin qulunam. İbadətə layiq olan ancaq sənsən. Yalnız sənə qulluq edəcək və yalnız səndən yardım diləyəcəm. Əmirlərini yerinə yetirəcəm, qadağanlarından çəkinəcəm. Həyatımın hər anını sənə iman və qulluq edərək keçirəcəm.

    Rəsulullah da (səs) Hədisi-Şərflərində belə buyurur: “Ölmək ərəfəsində olan kimsələrinizə “Lə İləhə İlləllah” demələrini təlqin edin.”[6]

   Kimin son sözü “Lə İləhə İlləllah” olarsa, o kimsə cənnətə girər.”[7]

     Qurani-Kərimin bildirdiyinə görə, bütün kainat göylərdə və yerdə olan bütün varlıqlar, günəş, ay, ulduzlar, dağlar, ağaclar, quşlar və insanların bir qismi “Lə İləhə İlləllah” deyərək Allaha səcdə edirlər.[8]

    Kainatda olan canlı və cansız bütün varlıqlar Allaha səcdə etdiyi halda insanın Allahdan qafil qalması Ona səcdə etməməsi təəccüblü və çox acınacaqlı bir haldır.

    Əziz möminlər, Xütbəmə Peyğəmbərimizin (səs)     “Lə İləhə İlləllah” ın fəzilətinə dair söylədiyi bir Hədisi-Şəriflə son verirəm:

    “Qiyamət günü Allah -təala bir şəxsi hüzuruna çağıracaq və onun 99 dənə əməl dəftərini çıxarıb ona göstərəcək. Bu əməl dəftərləri tərəzinin bir gözünə qoyulacaq, günahla dolu olacaq. Sonra isə tərəzinin o biri gözünə içində bir kəlmə yazılı olan balaca bir kağız parçası qoyulacaq və bu kağız  parçası tərəzinin digər gözündə olan 99 əməl dəftərindən daha    ağır  gələcək.  Açıb   baxanda   görüləcək   ki,  o   kağızda  “Lə ilahə illallah” yazılıb.  Bir kəlmə  (tövbə  edib   Allahın təkliyinə  şəhadət vermək) onun bütün günahlarını bağışladı.”

      http://minber.az/sohbetler/La_ilahe_illallah.mp3

19 İyul  2013 / 10 Ramazan  1434

 



[1] Tirmizi, K. Dəavat, 122.

[2] Musənnəf, 4, 334.

[3] Əl-Bəqərə, 163.

[4] Bqərə, 255.

[5] Zuxruf, 84.

[6] Müslim və Şərhi, c. 5, səh. 106, nö: 1, 2.

[7] Müslim və Şərhi, c. 5, səh. 108.

[8] Bax ər-Rəd, 15-16. ən-Nəhl, 48, 49. əl-Həcc, 18.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 283 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Qurani-Kərimin Mahiyyəti

Read Next

Kimler Oruc Tutmaya Bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir