• 23 Sentyabr 2019

Məkkə 20 ildən sonra belə olacaq – FOTO

29b357c25e35ffc462632f932608528b_L“Zəmzəm qüllələri” adı da verilən əl-Baid qüllələri tamamilə aradan qaldırılacaq.
Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləzizin təlimatı ilə Kəbənin ətrafı genişləndiriləcək.
Minber.az  Sunna.az-a istinadən xəbər verir ki, 10 il əvvəl Osmanlı dövründən qalma Əcyad qalasının dağıdılaraq yerində inşa edilən əl-Baid qüllələri də söküləcək.
Məkkə bələdiyyəsinin sədr müavini Semir Təvəkkülün verdiyi məlumata görə, 20 il sonra layihə çərçivəsində inşası müzakirələrə səbəb olan “Zəmzəm qüllələri” adı da verilən əl-Baid qüllələri tamamilə aradan qaldırılacaq.
Hər il milyonlarla müsəlmana ev sahibliyi edən Məkkədə layihə çərçivəsində davam edən işlər nəticəsində müqəddəs məkanın ətrafı xeyli dəyişəcək və o, 2035-ci ildə aşağıdakı fotoda olduğu kimi görünəcək.

mənbə:

sunna.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 107 dəfə.

calal calalov

Read Previous

İŞİD lideri Bağdadini bu vəzifəyə kim qoyub?

Read Next

Qurban əti satıla bilərmi?” / SUAL – CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.