• 26 May 2019

Maraqlı söhbət…

karvan-nam

Bir gun Ömər İbnu`l-Xəttab gecə vaxtı karvanla qarşılaşır. Gecə olduguna görə karvanda kimlərin olduğunu gormür. Ömər bir nəfərə əmr edir ki, karvandakılardan soruşsun:
– Bu camaat hardandır?
Abdullah ibn Məsud deyir:
– Dərin vadidən!
Lakin Ömər bu cavabı kimin verdiyini bilmir.
Ömər:
– Hara gedirsiz?
Abdullah ibn Məsud:
– Beytu`l-Atiqə.
Ömər (yanında olan şəxsədedi): Onların arasında bir alim var.
Sonra yenə əmr edir ki, onlardan soruşsun:
– Quranın ən böyük ayəsi hansıdır?
Abdullah ibn Məsud:
– “Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər.” – (“Bəqərə” surəsi, 2/255)
Ömər İbnu`l-Xəttab:
– Quranda ən cox hökm olan ayə hansıdır?
Abdullah ibn Məsud:
– “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (“Nəhl” surəsi, 16/90)
Ömər İbnu`l-Xəttab:
– Quranın ən yığcam ayəsi hansıdır?
Abdullah ibn Məsud:
– “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” (“Zilzal” surəsi, 99/7-8)
Ömər yenə də yanında olanlara deyir:
– Karvandakılardan soruş: “Quranın en cox qorxudan ayəsi hansıdır?”
Abdullah ibn Məsud:
– “Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!” (“Nisa” surəsi, 4/123)
Ömər İbnu`l-Xəttab:
– Quranın ən cox ümid verən ayəsi hansıdır?
Abdullah ibn Məsud:
– “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (“Zumər” surəsi, 39/53)
Ömər İbnu`l-Xəttab bu cavabları aldıqdan sonra deyir:
– Aranızda Abdullah ibn Məsud var?
Karvanda olanlar: Bəli var! Dedilər!

Ətraflı bax:
– İbn Kəsir, əl-Bidəyə va`n-Nihəyə, 6/162-163
– Sazaratu`z-Zəhəb, 1/38-39
– Zəhəbi, Siyər aləmu`n-Nubələ, 1/331-357
– İbnu`l-Cəvzi, Sifatu`s-Safva, 1/154-166

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 237 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Türkiyədə başörtüyü sərbəstliyi konstitusiyada öz əksini tapacaq

Read Next

Evini Kəbəyə bənzətdi, mühakimə olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir