• 17 İyul 2019

Münafiqliyin Əlamətləri

     Möhtərəm Möminlər!

İslam Peyğəmbəri Hz. Muhamməd Mustafa (səs) Allahın əmir və qadağalarını təbliğ etməyə başlayarkən butun insanlıq bu dəvətə qarşı çıxdı.  O günə qədər hər kəsin sevimlisi olan hətta: “Əl- Əmin” deyə xitab edilən o böyük peyğəmbərə ağla və xəyalə gəlməyən işgəncələr verilməyə başlandı.

Burada ağla belə bir sual gəlir. Peyğəmbərimiz (səs) sadəcə Allahın əmirlərini insanlara çatdırdığı halda nəyə görə bu qədər ədalətsiz munasibətlə qarşılandı. Çünki O Uca Rəsul (səs): Hər kəs Allahın quludur. Bunun üçün butun insanlar yalnız Allahın hüzurunda baş əyməlidirlər. Üstünlük malla, mülklə, vəzifəylə deyil imanla, saleh əməllə, doğruluq və dürüst olmaqladır. Kimsə kimsəyə zülm edə bilməz. Kimsə kimsənin haqqına təcavüz edə bilməz. Kimsə iki üzlülük, münafiqlik göstərə bilməz deyə açıq elan etdi. Məhz bütün bunlar haqsızlıqda, zülmdə, münafiqlikdə həddi aşmış Əbu Cəhil və Əbu Ləhəblərə sərf etmir, və bu səbəbdən – eynən bu günki münafiq və kafirlər kimi – bütün gücləriylə Rəsulullaha hücumlar edir və onu aradan götürmək üçün gizli planlar hazırlayırdılar.

Ona hücum etdikcə O qüvvətlənir. “Allahdan başqa ilah yoxdur.” tövhid eşqinin nuru könüllərdən könüllərə sıçrayır və müsəlmanlar getdikcə çoxalırdı.

Əziz Müsəlmanlar! Hamımız O uca Peyğəmbərin ümməti, O uca İslam dininin mənsubları olduğumuzdan dolayı nə qədər iftixar etsək azdır. Ancaq O böyük Peyğəmbərin ümməti olduğu halda, onun yolundan getməyən “Əlhamdu Lillah müsəlmanam” deyərək işini bitmiş sayan, İslamın əmir və qadağalarına arxa çevirərək münafiqlər zümrəsinə daxil olan zavallılar da az deyildir. Bəli imanın əsaslarına inanamyan vəya yarımçıq inananlara kafir, qəlbiylə inanmayıb diliylə inandığını söyləyən və üzürsüz olaraq  Allahın əmirlərini lazımınca yerinə yetirmyən kimsələrə isə münafiq deyilir. Çünki Allahın əmir və qadağaları, möminlərə bir əmanətdir. Əmanətə xəyanət etməkdə münafiqlikdir. Xarici mömin, daxili kafir deyə adlandırılan münafiqlərin cəzası isə çox dəhşətlidir. Onları ancaq cəhənnəm alovları təmizləyər. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ya Peyğəmbər Əlbətdə münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan.”(Nisa 145.)

“Allah münafiq kişilərə  münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. O atəş (əzab) onlara kifayətdir. Allah onlara lənət elədi (mərhəmətindən qovdu) Onları daim bir əzab gözləyir.”(Tövbə 68.)

Münafiqlər haqqında Pəyğəmbərimiz (səs) isə belə buyurur.

“Münafiqliyin əlaməti üçdür: Danışdığı zaman yalan danışar. Söz verdiyi zaman sözündə durmaz. Özünə bir şey əmanət edildiyi zaman ona xəyanət edər.”

Başqa bir hədisi-şərifdə isə belə buyurulur:

“Dört xususiyyət vardırki bunlar kimdə olarsa (o kimsə) xalis münafiq olur. Bir kimsədə bunlaradan biri olarsa, bu xususiyyətini buraxmadıqca, o kimsədə nifaqdan bir parça vardur. Özünə əmanət edilirsə xəyanət edər; Danışarkən yalan danışar; Söz verdikdə sözünün üstündə durmaz; Münaqişə edərsə həddi aşar.”

Ayə və hədisi-şəriflərdən də başa düşüldüyü kimi aşağıdaki xüsusiyyətləri daşıyan kimsə münafiqlər sinifinə daxildir.

1- Tənbəl- tənbəl namaza qalxanlar. (Namaza tənbəl-tənbəl qalxmaq münafiqlik əlamətindən sayılırsa  heç namaz qılmayanların aqibətini isə siz düşünün!)

2- Başqaları görsünlər deyə namaz qılanlar.

3- Pisliyi əmir edən yaxşılıqdan çəkindirməyə çalışanlar.

4- Din uğrunda xəsislik edənlər.

5- Dünya işləriylə başlarını qarışdıraraq  Allahı unudanlar.

6-Yalan danışanlar.

7- Sözünün üstündə durmayan və əmanətə xəyanət edənlər.

Əziz möminlər! Bunun üçün gəlin sadəcə dildə müsəlmanam deməklə yetinməyərək hərəkət və əməllərimizlə müsəlmanlığımızı isbat edək. Münafiqlər zümrəsinə daxil olmaqdan Allaha sığınaq. Öz eyib və qüsurlarımızı görməyib, başqalarının eyib və qüsurlarını araşdırmayaq, və son olaraq onuda yaxşı bilək ki, möminlər səlamətdə münafiqlər isə əzabdadır.

      Munafiqliyin elametleri

6  Aprel  2012 / 15  C. Əvvəl  1433

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 132 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Tağut Nə Deməkdir?

Read Next

Günahları kiçik görməmək və Borc məsələsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.