• 07 İyul 2020

Müsəlman cəmiyyətlərdə yoluxucu xəstəliklər və nəticəsi.

Yüz minlərcə insanın həlak olmasına səbəb olan yoluxucu xəstəliklər İslam tarixinin ilk illərində çox təhlükəli olmuşdur. Xüsusi ilə yoluxucu bir dəri xəstəliyi olan vəba müəyyən dövrlərdə minlərcə insanın canını almışdır. Bu kimi vəziyyətlərdə  müsəlmanlar Allahın qədərindən yenə Allaha sığınmışlar.

Hətta bəzən  bu kimi xəstəliklər, bir ölkənin iqtisadiyyatına və nüfuzuna ciddi mənfi təsir göstərmişdir.

Yoluxucu xəstəliklərdən olan Vəba və ya başqa bir ifadə ilə Taun, dərinin həssas olduğu yerlərdə ortaya çıxan çiban və yaralarla özünü göstərir. Sancı və qusma kimi əlamətləri vardır. Bu xəstəliyə yoluxanlar bayılar və acı çəkərək həyatlarını itirərlər.

İslam mənbələrində müəyyən dövrlərdə bir çox  vəba xəstəliyindən bəhs edilir. Bunlardan biri Allah Rəsulunun (s) yaşadığı dövrdə, 627-ci ildə meydana gəlmişdir. Şirevyh adı verilən bu vəba Sasani imperatorluğunun paytaxtı Mədaində ortaya çıxmışdır.

Hz. Ömərin (r.a) dövründə, 639-cu ildə meydana gələn vəba salqını Suriya bölgəsindəki Müsəlmanların fəaliyyətlərinə ciddi mənada təsir göstərmişdir. Bu xəstəlikdən 20 mindən çox insanın öldüyü bildirilir. Bu xəstəlikdən dolayı vəfat edənlər içərisində Əbu Ubeydə bin Cərrah və Müuaz bin Cəbəl kimi səhabələrdə vardır. Eyni zaman həmin dövrdə çox böyük qıtlıq hökm sürmüşdür.

670-ci ildə Kufədə bir vəba xəstəliyi ortaya çıxdı. Müğirə bin Şubə (r.a) bu xəstəlikdən təsirlənməmək üçün Kufədən ayrıldı. Xəstəliyin təsiri keçdikdən sonra geri döndü ancaq vəba xəstəliyindən qurtula bilmədi. Məhz bu xəstəliyə yoluxaraq həyatını itirdi.

687-ci ildə Abdullah bin Zübeyrin xilafəti dövründə Bəsrədə çox təsirli bir vəba ortaya çıxdı. Bu xəstəlik üç gündə 70 min insanın canını aldı. Bundan əlavə mənbələrdə məhz bu xəstəlikdən Ənəs bin Malikin Bəsrədə məskunlaşan övlad və nəvələrindən 80 nəfərin həyatını itirdiyi bilidirilir.

749-cu ildə Bəsrə və ətraf bölgələrdə çox təsirli olan vəba salqını üç ay davam etdi və bu müddət ərzində hər gün min nəfər həyatını itirmişdir.

Yuxarıda bəhs etdiyimiz bu yoluxucu xəstəlikdən başqa İslam dünyasında və digər bölgələrdə təsirli olan bir çox xəstəliklər baş vermişdir. Bu kimi xəstəliklərin yayılmasının qarşısının almaq üçün ən təsirli üsullardan biri də karantindir. Bu dövrümüzdə də bu çox təsirli bir üsuldur. Peyğəmbərimiz (s) də bir yerdə keçici xəstəlik ortaya çıxarsa ora getməməyi, oradakıların da yerlərindən ayrılmamalarını tövsiyə etdiyi bilinməktədir. (Buxari, Tib, 30)

Hz. Ömər, Amvas vəbasının çox təsirli olduğu Şam bölgəsinə daxil olarkən hədisdə bəhs edilən qaydaya uyğun olaraq vəbanın olduğu yerə getmədi.

İslamdan öncəki dövrlərdə Məkkəli Ərəblərin uşaqlarını süd analara verərək Məkkədən uzağa göndərmələrinin əsas səbəblərindən birisi də vəba/taun kimi keçici xəstəliklərdən qorumaqdı. Çünki bu cür xəstəliklər nüfuzu çox olan şəhər tipli bölgələrdə daha surətli bir şəkildə yayıla bilirdi.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 33 dəfə.

Müşfiq Xəlilov

Read Previous

4 günlük müharibə

Read Next

Həzrət Peyğəmbərin çox evliliyi