• 26 Dekabr 2024

Həzrət Peyğəmbərin çox evliliyi

Çox  evlilik mövzusunda hz Peyğəmbərin (səs) özünə məxsus bir yeri olduğunu qeyd etmək lazımdır. Onun ömrünün sonuna doğru doqquz xanımı bir nikahda tutması, bəziləri tərəfindən dünya zövqünə düşkünlüklə izah edilməyə çalışılmışdır. Halbuki  onun evliliklərinə baxıldığı zaman heç də belə olmadığı görülməkdədir. Necə ki hz Peyğəmbər (səs) 25 yaşında ikən ilk evliliyinin, özündən yaşca  xeyli böyük olan dul bir qadınla, Xədicə ilə olması bunu göstərir. Bu evlilik 25 il davam etmişdir. Həyatının gənc dönəmlərində hz Xədicə ilə evli qalmış, edilən evlilik təkliflərini qəbul etməmişdir.

Hz Peyğəmbərin (səs) çox evlənməsinin başlıca səbəbləri belədir:

a) Onun gətirdiyi din, şübhə yox ki, kişilər qədər qadınları əlaqədar edirdi. Qadınlara edilən təbliğdə hz Peyğəmbərin (səs) xanımları təlim və tədris vəzifələrini yerinə yetirirdilər. Hz Xədicənin peyğəmbərliyin ilk vaxtlarında hz Peyğəmbərə yardım və dəstək göstərməsi, fədakarlığı hər kəs tərəfindən bilinməkdədir. Hz Peyğəmbərdən sonra uzun illər yaşamış hz Aişə də, hədis rəvayət etmədə, Peyğəmbərin (səs) əxlaqı və özəl həyatı barəsində və qadınlara aid xüsusi hallara dair hökümlərdə müsəlmanlar adətən müəllimlik etmişdir. Digər xanımlar da, öz ətraflarında və müxtəlif formalarda hz Peyğəmbərin sünnəsinin öyrənilməsində pay sahibi olmuşlar.

b) Hz Peyğəmbərin (səs) xanımlarının demək olar hamısınin, evlənmək üçün xüsusi səbəbləri olmuşdur. Bunlar arasında Səvdə, Zeynəb və Hind ilə evlənməsində olduğu kimi, ərinin ölməsi ilə dul və kimsəsiz qalan, İslama bağlı olan möminə qadınları himayəyə almaq niyyəti görülməkdədir. Buna əlavə olaraq onları mükafatlandırmaq da var bu işdə. Bir zaman övladlığa götürdüyü  Zeyddən boşanmış Zeynəb ilə evlənməsində məqsədin, övladlığa götürülən birinin öz (doğmaca) övlad olaraq bilinməsinin səhv düşüncə olduğunu vurğulamaq, bu anlayışı dəyişdirmək üçün olduğunu görürük. Həfsə, Ümmü Həbibə və Safiyə ilə evlənməsində də, səhabənin öndə olanları ilə, köklü ərəb qəbilələri ilə, qonşu millətlərlə də qohumluq əlaqələri quraraq İslam cəmiyyətini bütünləşdirmək niyyəti  vardır.

Read Previous

Müsəlman cəmiyyətlərdə yoluxucu xəstəliklər və nəticəsi.

Read Next

Qadınların öz aralarında başlarını açmaları və ya əylənmələri caizdirmi?