• 23 Sentyabr 2019

Müsəlman icması Katolik kilsəsini aldı.

kilseİngiltərədə katolik kilsəsinin binası müsəlman icmasına satılıb. Məlumatı İngiltərənin The Times qəzeti yazıb. Katolik kilsəsinin satılmasına səbəb, kilsəyə gələnlərin sayının kəskin azalması olub. Söhbət Stok-on-Trend vilayətinin Staffordşir qarflığında yerləşən Kobricdəki müqəddəs Pyotr kilsəsindən gedir.

Tikili, Mədinə məscidində fəaliyyət göstərən müsəlman icmasına satılıb. İcma üzvləri bu vaxta qədər katolik kilsəsinin yerləşdiyi küçədəki iki binada fəaliyyət göstərirmişlər.

Müsəlmanların tikilini hansı məqsədlə istifadə edəcəkləri barədə rəsmi məlumat yoxdur. Lakin katolik kilsəsinin məscid şəklinə gətirilməsi ehtimalı böyükdür.

Katolik kilsəsinin satışından qazanılan 80 min funt arxiepariya fonduna veriləcək. Katolik kilsə 2012-ci ildə katolik kilsəsinə gələn ziyarətçi sayının 150 nəfərdən 40 nəfərə düşməsi səbəbindən bağlanıb. Nəticədə 1930-cü illərdə inşa edilmiş kilsə satışa çıxarılıb. Bir neçə komersiya şirkətləri və digər dinlərin icmaları tikilini almaq istəsələr də, vəkillər kotolik kilsəsinin müsəlman icmasına satılmasına qərar veriblər.

 

mənbə: anspress.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 97 dəfə.

ENO

Read Previous

Həcc

Read Next

12 Gənc Qıza Hafizlik TACI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.