• 08 Dekabr 2019

MÜSƏLMANLARIN DEPORTASİYASI ÜÇÜN MİTİNQ KEÇİRDİLƏR

budistBurmada toplanan Buddist rahiblər, Müsəlmanların ölkədən deportasiya edilməsi üçün etiraz mitinqlərinə başladılar. Yüzlərlə Buddist rahibin bir araya gəldiyi mitinqdə, müsəlmanlar əleyhinə şüarlar səsləndirilib və onların ölkədən deportasiya edilmələri üçün səlahiyyətli orqanların qızışdırıldı. Ənənəvi dini paltarları geyən Buddist rahiblər, təhlükəsizlik güclərinin nəzarəti ilə Mandalay şəhərinin küçələrində, BMT Burma özəl elçisi Tomas Quintana əleyhinə şüarlar səsləndirdi.

Buddist rahiblərin bu etiraz mitinqinin məqsədi, BMT-nin vermiş olduğu hesabatın qüvvəyə girməsinə mane olmaqdır.

BMT Baş Məclisinin Üçüncü Komitəsi, Myanmardaki insan hüquqları pozuntularına dair qərar qəbul etmişdi. Qərar mətnində, Myanmar hökumətinə Rohingya Müsəlmanlarına bərabər vətəndaşlıq haqqı təmin etməsi və Budistlər tərəfindən Müsəlman azlığa qarşı tətbiq olunan zorakılığın qarşısının alınması çağırışı edilmişdi.

Burma qaynaqları, AFP, 2013-cü ilin yanvar ayından bu yana Buddist hücumlarda, ən az 99 müsəlmanın qətl edildiyi bildirilmişdi. Amma bölgə xalqı isə verilən bu məlumatla razılaşmır və bu rəqəmin əslində 2-3 qat daha çox olduğudurbildirir.

mənbə:

islahhaber.net

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 50 dəfə.

calal calalov

Read Previous

Əzan səsi v1.0

Read Next

Obama QİÇS-lə mübarizəyə 100 milyon dollar ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.