• 22 Aprel 2019

Nəzər dəyməsi

Sual: Nəzər – göz dəyməsi gerçəkdir və cadu ilə əlaqəsi var?

Cavab: Parapsixologiya dilində “bioenergetik” gözdəymə mənfi təsirdi. Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Gözlər ruhi funksiyaları və beyin gücünü ən rahat və ən təsirli şəkildə istifadə edə bildiyimiz orqanlarımızdı. Elm adamlarının da təsbit etdikləri kimi, göz yoluylada hipnoz hadisəsini reallaşdırmaq mümkündü. Bəd nəzərdən, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. İlan siçanı, quşu və ya digər ovlarını belə tutar.

Gözlərindən göndərdiyi zəhərli şüalar yolu ilə ovunun beyin funksiyalarını pozmaqda və talehsiz ov, bir anlıq göz gözə gəlmənin əvəzini həyatı ilə əvəz etməkdədir. Eynilə insanlar üçün də etibarlı olan bu xüsus, göz yolu ilə qarşı tərəfə zərər verə bilməkdədir. Gözlərin nəzər mövzusunda daha təsirli olması da şəffaflığının çox olması ilə əlaqədardır. İnsan xüsusilə qısqanclıqla və pis niyyətlə, yəni kəm gözlə bir şeyə baxdığı zaman daha tez zərər verə bilər.

Buna görə adamın bəyəndiyi bir şeyə israrla baxması halında ona, “Allah diləməzsə heç bir şey olmaz” mənasını verən “Maşallah” və ya “Allahın bərəkəti üzərinə olsun mənasını verən “Barekallah” deməsi tövsiyə edilmişdir. Göz dəyməsi haqqında rəvayət edilən hədislər, bunun haqq və gerçək olduğunu açıqlığa qovuşdurmaqda və nəzərə qarşı edilməsi lazım olan xüsusları da ortaya qoymaqdadır.

Yəni nəzər, bəzilərinin zənn etdiyi kimi “Batil” bir inanc deyil, haqq və gerçəkdir. Buxari, Müslim və Əbu Davudun İbn Abbasdan rəvayət etdikləri bir hədisi şərifdə Hz. Peyğəmbər (s.ə.s) belə buyurmaqdadır: “Göz dəyməsi haqqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi. ” (1) Hz. Aişə (r.ə)dan rəvayət edilən bir hədisdə də Hz. Peyğəmbər (s.ə.s) “(Göz dəyməsindən) Allaha sığının. Çünki göz dəyməsi haqqdır.” buyurduğu nəql edilməkdədir. Yenə Sahiheyn və Əbu Davudda Əbu Hüreyrə (r.ə)dan: “Rəsulullah (s.ə.s): “Göz dəyməsi haqqdır” dediyi rəvayət edilmişdir. “(2) Əbu Davudun Hz. Aişə (r.ə)dan rəvayət etdiyi bir hədisi şərifdə isə, gözü dəyən və özünə göz dəyməsinin zərər verdiyi kəslərə aid ediləcək əməliyyatdan bəhs edilməkdədir:”

Nəzəri dəyən adam dəstəmaz alsın, onun dəstəmaz aldığı su ilə, nəzər dəyən adam qüsl etsin. “(3) Ayrıca, Qələm surəsinin 51. və 52. ayələrinin də nəzərə qarşı müalicə edici xüsusiyyətinin tapıldığı deyilməkdədir.Nəzərdən qorunmaq üçün ən sağlam yol dua etmək və yuxarıda Hz. Aişə anamızdan nəql edilən hadisə görə hərəkət etmək lazımdır. Yoxsa nəzər muncuğu, öküz buynuzu, at nalı, sarımsaq vs. kimi, xalq arasında məşhur olan batil inanclara etibar edilməməlidir. Bunların hamısı qadağan edilmişdir.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 128 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Qiyamət

Read Next

Niyə duadan sonra əllər üzə çəkilər?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir