• 25 İyun 2019

Namaz möminin meracıdır

namazNamaz insana dinclik və rahatlıq verir. Ondan ayrı qalınca insan, ondakı əsrarəngiz gücü anlayır. Onun insana verdiyi dincliyi izah etməyə sözlər kifayət etmir.
Namaz elə bir şeydir ki, insanı dərdlərindən, kədərlərindən, düşüncələrindən təmizləyir. Bir anda insanı, sanki bu aləmdən uzaqlaşdırıb başqa bir aləmə aparır. Bizə sıxıntılarımızdan xilas olma yolunun qapılarını aralayır.
Kainatın fəxri olan Peyğəmbərimiz (səv)-in Rəbbiylə baş-başa qaldığı meracda ümmətinə gətirdiyi bir hədiyyədir, qulun meracıdır namaz. Rəbbiylə baş-başa qaldığı görüşmə zamanıdır.
Səbirsizliklə gözləmərikmi sevdiklərimizlə görüşəcəyimiz zamanları? Bu elə bir görüşmədir ki bütün görüşmələrin zirvəsində, sevdiklərimizi də bizə bəxş edən onları sevmə hissini içimizə yerləşdirən və hətta sevdiklərimizi yoxdan var edən Rəbbimizlə görüşmə zamanıdır namaz.
Merac elə bir hədiyyədir ki Rəbbimiz Həbibini təsəlli üçün çağırdı hüzuruna. Yeganə dəstəkçisi əmisi və həyat yoldaşı Hz. Xədicəni itirdiyi üçün təsəlli olsun deyə. Biz də eynilə onun kimi təsəlliyə ehtiyac hissetdiyimizdə namazda görüşməliyik Rəbbimizlə.
Elə şey olar mı? deməyin, başqa gedəcək kimsəmiz varmı ? Qullardan mədət umularmı? Bizim tək gedəcək yerimiz Rəbbimizdır. Günahımız çox da olsa yenə də gedəcəyimiz tək yer Odur, İstəyəcəyimiz tək qapı O.
O qapını açan açar da təbii ki namazdır. Rəbbimizin bizim qıldığımız namazlara ehtiyacı varmı? Bəzən bəzi kəslər “Rəbbinizin sizin namazınıza ehtiyacı varmı? niyə namaz qılmağınızı istəyir?” deyirlər “Bəli, Rəbbimizin bizim nə namazımıza, nə niyazımıza nə də dəstəmazımıza ehtiyacı var. O elə bir sevgilidir ki qullarını sevdiyindən ötəri, qullarından istədiyi şeylər özü üçün deyil, bizim əbədi səadətimiz üçündür.”
Biz də elə deyilik mi? Sevdiyimiz birinə qarşı elə davranırıq, özümüz üçün heç bir şey istəmirik. Nə istəyiriksə sevdiyimiz üçündür, nə ediriksə onun üçün, onun yaxşılığı üçündür. Eynilə bizi yaradan Rəbbimizin bizdən istədiyi kimi.
Elə isə bir yük olmamalıdır namaz bizim üçün. Əgər olarsa ” Namazı qılım rahatlayım” “bir əda edim …” tərzində düşünərsək onda təəssüf bizə, vay halımıza. Sanki çiynimizdəki bir yükdən qurtulmuşçasına davranmaq mı doğrudur sizcə? yoxsa sevdiyimizə qovuşacağımız ən əhəmiyyətli yer olduğu üçün səbirsizliklə gözləmək mi?

Gec qalmış sayılmarıq. O halda silkələnib özümüzə gələk və sevdiyimizlə görüşmə anını səbirsizliklə gözləyək.

Mənbə:gencdergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 59 dəfə.

calal calalov

Read Previous

Cənnətə yaxın kəslər

Read Next

Müsəlmanın həyatını gözəlləşdirən 14 tövsiyə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.