• 21 İyun 2019

Onun (s.a.s) əxlaqı Quran idi

Allahın ən sevgili qulu, son və ən böyük Peyğəmbər olan Həzrət Məhəmməd (s.a.s), sima olaraq insanların ən gözəli, əxlaq cəhətdən də insanların ən üstünü idi. Sevgili Peyğəmbərimiz (s.a.s): “Sizin ən xeyirliniz, əxlaqca ən üstün olanınızdır.” “Mən ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim”.- buyurmuşdur.

Peyğəmbərimizin (s.a.s) əxlaqı, tamamilə Qurani-Kərimə uyğundu. Qurani-Kərimin göstərdiyi gözəl xasiyyətlərin hamısı Peyğəmbərimizdə (s.a.s) cəmləşmişdi. Demək olar ki, Quran nəyi əmr edirsə Onun (s.a.s) həyatında var, nəyi qadağan edir və xoş görmürsə Onun yaşayışında yox idi. Onun üçündür ki, Peyğəmbərimiz haqqında Qurani-Kərimdə Allah-Təala: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (Qələm surəsi, 4) buyurmuşdur.

Yoldaşı Həzrət Aişədən Rəsulullahın (s.a.s) əxlaqı soruşulunca:

-“Siz Qurani-Kərim oxumursunuzmu? Onun əxlaqı Qurandan ibarət idi”- deyə cavab vermişdi.

Həqiqətən Peyğəmbər əfəndimiz (s.a.s), əxlaqın ən gözəl və ən yaxşı hallarını özündə toplamış, bunları ümmətinə də nəsihət etmiş və özünə uyanları mələklər dərəcəsinə yüksəltmişdir. Hətta bir çox insanın İslam dinini qəbul etməsinə Peyğəmbərimizin (s.a.s) gözəl əxlaqı səbəb olmuşdur.

Uşaqlığından etibarən on il xidmətində olmuş Həzrət Ənəs:

-Rəsulullaha (s.a.s) on il xidmət etdim. Bir dəfə belə canı sıxılıb, of, nə üçün bunu belə etdin, niyə bunu belə etmədin, deyə məni danlamadı”- demişdir.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 115 dəfə.

Səməd Əlixanov

Read Previous

Noyabr 2017

Read Next

Azərbaycanda dəbdəbəli qəbirüstü abidələr yaradanlara xəbərdarlıq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.