• 17 İyul 2019

Oruc fidyəsi nədir

fidyəFidyə, sadəcə oruc və həcc ibadətinə məxsusdur. Qocalıq və şəfa ümidi olmayan bir xəstəlik səbəbiylə oruc tuta bilməyən və daha sonra da qəza etməsi mümkün olmayan kimsə, oruc tutmadığı hər günə qarşılıq bir fidyə ödəyər. Quran-ı Kərimdə, “Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər.” (Bəqərə, 2/184) buyurulmaqdadır.

FİDYƏ miqdarı nə qədərdir?

Bir fidyə miqdarı, bir fitr sədəqəsi miqdarıdır. Fitr sədəqəsi isə bir adamı bir gün üçün doyuracaq yemək və ya bunun pul olaraq qarşılığıdır. Fidyə vermək vəziyyətində olan lakin buna maddi imkanı əl verməyən kimsə Allahdan əfv diləyər. Günlər uzun olduğu üçün oruc tuta bilməyən xəstə ya da yaşlılar, qısa günlərdə oruc tutabilirlərsə tuta bilmədikləri orucu qısa günlərdə qəza etmələri lazımdır. Bu vəziyyətdə olan kəslərin vermiş olduqları fidyə sədəqə sayılır. Oruc fidyələri, Ramazan ayının sonunda topdan verilə biləcəyi kimi, Ramazan ayı içində gündəlik olaraq və ya Ramazan ayı başında da verilə bilər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər. Tutula bilməyən orucların fidyəsi bir çox yoxsula verilə biləcəyi kimi, bu fidyələrin hamısı birdən bir kasıba da verilə bilər.

Mənbə:

islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 173 dəfə.

calal calalov

Read Previous

Osmanlıda Ramazan adətləri

Read Next

Vücudun duası ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.