• 20 Avqust 2019

Oruc Haqqında Bəzi Ümumi Məlumatlar

images1.Ramazan Orucu Kimlərə Fərzdir?

Ağıllı, yetkinlik çağına çatmış və oruc tutmasına maneə bir bəhanəsi olmayan hər Müsəlmanın Ramazan orucunu tutması fərzdir.

2. Hansı Hallarda Ramazanda Oruc Tutulmaya bilər?

İslam dini, insanları gücləri nisbətində məsul tutmuş, güclərini aşan və ya çətinliyə gətirib çıxaran vəziyyətlərdə asanlaşdırıcı hökmlər gətirmişdir. Aşağıdakı üzür hallarına sahib kimsələrin Ramazanda oruc tutmaqla məsul olmayıb daha sonra qəza etmələrinə və ya yerinə fidyə vermələrinə icazə vermişdir:

a) Səfər:

Səfər, Ramazan ayında oruc tutmamaq üçün sənəd olaraq qəbul edilmişdir. Səfər əsnasında tutulmayan oruclar, daha sonra qəza edilər. Quranda “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir.” buyurulmaqdadır (Bəqərə, 183-184).

Gecədən oruca niyyətlənib, gündüz səfərə çıxan kimsə, diləsə bu orucunu pozar, diləsə tamamlayar. Gecədən oruc tutmağa niyyətlənib gündüz isə səfərə çıxmaq məcburiyyətində olan kimsə səfərdə çətinlik çəksə orucunu poza bilər. Ancaq orucunu tamamlaması daha uyğundur. Hz. Peyğəmbər, Məkkənin fəthi üçün səfərə çıxdığında oruclu ikən, Kedid deyilən yerə çatınca orucunu pozmuşdur (Buxari, Savm, 34; Müslim, Sıyam, 15). Bu tətbiq səfərə çıxınca orucun pozula biləcəyini göstərməkdədir.

b) Xəstəlik:

Oruc tutduğu zaman, xəstəliyinin artmasından və ya uzanmasından narahat olan kimsə ilə, xəstəliyi səbəbiylə oruc tutmaqda çətinlik çəkən kəslərin Ramazan ayında oruc tutmayıb, yaxşılaşdıqdan sonra bunları qəza etmələrinə icazə verilmişdir. Yuxarıda zikr edilən ayə buna işarə etməkdədir. Mütəxəssis bir həkim tərəfindən oruc tutması halında xəstə olacağı bildirilən kimsə də xəstə hökmündədir.

c) Hamiləlik və Uşaq Əmizdirmə:

Oruc tutmaları özlərinə və ya uşaqlarına zərər verməsi halında, hamilə qadınlar oruclarını tutmaya bilərlər. Əmzikli qadınlar da, südlərinin kəsilməsi və uşaqlarının zərər görə biləcəyi vəziyyətlərdə oruc tutmaya bilərlər. Hz. Peyğəmbər buna icazə vermişdir (Nəsəi, Sıyam, 50-51, 62; İbn Macə, Sıyam,3).

d) Çətin Və Məşəqqətli İşlərdə İşləmək:

Oruc tutduğu təqdirdə sağlamlığına bir zərər gəlməsindən qorxan kimsə, orucunu tutmaya bilər. Bu vəziyyətdə olanlar, icazəli olduğu günlər və ya uyğun zamanlarda tuta bilmədikləri orucları qəza edərlər.

Bir zərurət olaraq, ağır işlərdə işləmək məcburiyyətində olan kəslərin oruclu olaraq işlədikləri təqdirdə sağlamlıqları risk altında qalacaqsa ramazan ayında tuta bilmədikləri oruclarını uyğun bir zamanda qəza edərlər.

Quran bu vəziyyəti bu ayələrlə açıqlayar: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) tə’zim və şükür edəsiniz.  (Bəqərə, 183-185)

e) Yaşlılıq:

Oruc tuta bilməyəcək qədər yaşlı olan kəslər, oruc yerinə fidyə verə bilərlər. Bəqərə surəsinin 184-cü ayəsində, bu şəkildə oruca güc çatdıra bilməyənlərin, oruc tutmayıb fidyə vermələri lazım olduğu hökmə bağlanmışdır. Yaxşılaşma ümidi olmayan xəstələr də eyni hökmə tabedir.

3) Oruc Yerinə Fidyə Verilməsi

a. Fidyə Nə Deməkdir?

Orucla əlaqədar olan fidyə, dini bir termin olaraq, bəzi ibadətlərin əda edilməməsi ya da ədası əsnasında bəzi qüsurların işlənməsi halında ödənən dini-maliyyə öhdəçilikdir. İbadətlərlə əlaqədar fidyə, oruc və həccdə söz mövzusudur. Qocalıq və şəfa ümidi olmayan bir xəstəlik səbəbiylə oruc tuta bilməyən kimsə, daha sonra qəza etməsi mümkün olmadığından oruc tuta bilmədiyi hər günə qarşılıq bir fidyə ödəyər. Bu vəziyyətdəki bir kimsənin fidyə ödəməsi vacibdir. Qurani Kərimdə, “Oruc tutmağa güc çatdıra bilməyənlər, bir kasıb doyumu qədər fidyə ödəyər.” (Bəqərə,184) buyurulmaqdadır. Bu ayədən hərəkətlə fidyə miqdarının, bir adamı bir gün üçün doyuracaq yemək olaraq aydın olmuşdur.

b. Fidyə Miqdarı Nə Qədərdir?

Fidyə miqdarı bir sədəqəi fıtır miqdarıdır.

Fidyənin miqdarı adam başına 4-5 manatdır.

mənbə:

suallarlaislam.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 254 dəfə.

calal calalov

Read Previous

Oruc ibadətinin hikmət və faydaları nələrdir?

Read Next

Oruca Niyyət nə vaxt edilir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.