• 19 Mart 2024

Peyğəmbərimizin kasıblara münasibəti

 Möhtərəm möminlər, Həzrəti Peyğəmbərin (səs) kasıbların qayğısına qalmaq və onlara dəyər verməklə bağlı bir çox hədisləri vardır. Bunlardan bir neçəsini sizə təqdim edirik: “Bu dünya malı həqiqətən cəzb edici və şirindir. Buna müsəlmanın sahib olması nə qədər gözəldir! Yetər ki, ondan miskinə (kasıba), yetimə və yolçuya versin”[1]

“Varlıların dəvət edilib kasıbların çağrılmadığı toy-düyünün yeməyi necə də pis yeməkdir.”[2]

“Dul qadınların və miskinlərin (kasıbların) köməyinə tələsən müsəlman Allah yolunda döyüşən mücahid, yaxud gecə namaz qılan və gündüz oruc tutan abid kimidir.”[3]

Rəsulullah (səs) bu və bənzər hədisləri ilə bizi ehtiyac sahiblərinə köməyə çağırarkən özü də kasıblarla birlikdə olmaqdan utanmaz, onların ehtiyaclarını mütləq yerinə yetirərdi. Hətta bu səbəbdən çox vaxt günlərini ac keçirmişdir.

Həzrəti Peyğəmbər (səs) kasıb və yoxsullara yardım etməklə yanaşı, insanları onlara borc verməyə də çağırmış, hətta borcunu qaytara bilməyənlərdən alacağını istəməkdən vaz keçənlərin də günahlarının bağışlanacağını bildirmişdir. Belə ki, Peyğəmbərimiz (səs) belə buyurmuşdur: “İnsanlara borc pul verən bir adam var idi. Qulluqçusuna belə  deyərdi: -Darda qalmış bir yoxsulu gördükdə onu (borcunu) bağışla! Ümid edirəm ki, Allah da bizim günahlarımızı bağışlayar. Nəhayət, bir gün həmin adam Allaha qovuşdu (vəfat etdi) və Allah onu bağışladı.”[4]

Kasıb və yoxsullara qarşı təhqir edici hər hansı bir münasibətdə olmaq onlara yuxarıdan aşağı baxmaq qətiyyən doğlu deyildir.

Bir rəvayətə görə Qüreyş qəbiləsi müşriklərinin ən tanınmış, adlı sanlı adamları Həzrəti Peyğəmbərimizə (səs) –Sənə iman etməyimizi istəyirsənsə bu kasıbları yanından qov! Biz gələndə onlar olmasınlar. Onlara başqa bir vaxt ayır- demişdilər. Bunun müqabilində Allah təala: “(Ya Rəsulum!) Rəbbinin cəmalını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma!…”[5]ayəsini endirdi.

Peyğəmbərimiz (səs) başqa hədisi-şəriflərin də yoxsulların mənəvi dərəcələrindən bəhs edərək belə buyurmuşdur: “Sizə cənnətlikləri bildirimmi? Onlar həm zəif olduqları, həm də xalq tərəfindən zəif göründükləri üçün heç kimin əhəmiyyət vermədiyi, amma belə olacaq deyə and içsələr, istəklərinin Allah tərəfindən geri çevrilməyəcəyi kəslərdir. Sizə cəhənnəmliklərin kimlər olduğunu söyləyimmi? Daş ürəkli, kobud, xəsis və təkəbbürlə gəzən kəslərdir.”[6]

“Cənnətin qapısında dayanıb baxdım. Bir də gördüm ki, içəri girənlərin çoxu yoxsullardır. Varlılar isə hesab vermək üçün saxlanılıblar….”[7]

“Yoxsullar cənnətə varlılardan yarım gün əvvəl yəni (dünya hesabı ilə) 500 ilə əvvəl girərlər.”[8]

Hədisi-şərifin yoxsullara verdiyi bu müjdə  çox sevindirici bir haldır. Ancaq bu hal dinimizə görə yoxsulluğun mütləq surətdə zənginlikdən üstün olduğunu göstərmir. İlahi əmrləri yerinə yetirməyən yoxsulun İslamda heç bir dəyəri yoxdur. Onu dəyərli edən Allahın verdiyinə həmd və şükr etməsi, halına, vəziyyətinə səbr etməsidir.

Əziz möminlər, bütün bunlarla bərabər Peyğəmbərimiz (səs) yoxsullara dilənçilikdən çəkinmək, əl əməyi ilə dolanmaqla bağlı bu xəbərdarlıq və nəsihətləri etmişdir:

“Heç kim, əsla öz qazancından daha xeyirli bir ruzi yeməmişdir….”[9]

“Haqqında and içərək söz söyləyə biləcəyim üç xüsus vardır-(bunları) yaxşı yadda saxlayın! Sədəqə verməklə qulun malı əksilməz. Haqsızğa uğrayanın səbrinə görə Allah şərəfini artırar. Dilənmək qapısını açan hər kəsə Allah yoxsulluq qapısını açar…”[10]

“Bir-iki loğma və ya bir-iki xurma üçün qapı-qapı dolaşan kəs yoxsul deyildir. Əsl yoxsul, ehtiyacını ödəyəcək bir şey tapmadığı halda vəziyyəti bilinmədiyi üçün sədəqə verilməyən və özü də insanlardan bir şey istəməyən şəxsdir.”[11]

Ayrıcan Həzrəti Peyğəmbər (səs) yoxsulları namuslu və həyalı olmağa, çağırmaqla yanaşı, düşdükləri vəziyyəti problem edərək təkəbbürlü olmamağa çağırmışdır:

“Allah təala qiyamət günündə üç nəfərlə danışmaz, onları təmizə çıxarmaz, üzlərinə belə baxmaz, üstəlik də onlar qorxunc bir əzaba uğrayarlar. Bunlar; zina edən qoca, yalan danışan hökmdar, təkəbbürlü yoxsuldur.”[12]

Əziz müsəlmanlar, xütbəmi Həzrəti Ömərin bu sözləriylə son verirəm: “Zənginlik də, yoxsulluq da eyni şəkildə olan bir  minikdir. Hansına minəcəyimə əhəmiyyət vermirəm. Yəni sərvət və  yoxsulluq minilməsi çətin, ürkək bir ata bənzər. Hər ikisinin də istifadə etməyə məharət istər. Ən əhəmiyyətlisi isə mahir süvari olmağa çalışmaqdır.”

Peygamberimizin yoxsullara munasibeti

30  Dekabr 2011/ 5 Səfər 1433


[1] Müslim, Zəkat, 122, İbn Hənbəl, III, 21

[2] Müslim, Nikah, 107

[3] Buxari, Nafaqat, 1

[4] Buxari, Ənbiya, 54; Müslim, Musaqat, 31

[5] əl-Ənam 6/52

[6] Buxari, Eyman, 9; Müslim, Cənnət, 47

[7] Buxari, Riqaq, 51, Müslim, Zikr, 93

[8] TiRmizi, Zöhd, 37

[9] Buxari, Büyü, 15

[10] Tirmizi, Zöhd, 17

[11] Müslim, Zəkat, 102

[12] Müslim, İman, 172

Read Previous

Şəki Cümə Məscidi və Şəki İslam Mədrəsəinin qısa tarixi.

Read Next

TÖVHİDƏ ZƏRƏR VERƏN BATİL İNANCLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.