• 19 İyun 2019

Peyğəmbərimizin (s.ə.v) qəbrini sökmək istəyirlər

images12Peyğəmbərin qəbri üstündəki yaşıl gümbəzin də dağıdılması nəzərədə tutulub.

Britaniya mətbuatı xəbər verir ki, Səudiyyə Ərəbistanı Məhəmməd Peyğəmbərin məzarı olan məscidi sökməzdən əvvəl cəsədin qalıqlarını qəbiristanlıqdakı adsız məzarda (Bəqidə) dəfn etməyi planlaşdırır. Səudiyyə Ərəbistanında vəhhabi aliminin hökumətə təqdim etdiyi layihədə Məhəmməd Peyğəmbərin (s) mübarək nəşi Mədinədəki əl-Nəbavi məscidindən çıxarılaraq yaxınlıqdakı əl-Bəqi qəbiristanlığında adsız məzara köçürülməsi təklif olunub. Milyonlarla insanın ziyarət etdiyi bu məscid Kəbədən sonra İslamın ən müqəddəs yeri sayılır. Bu barədə xəbərlərin mediaya sızmasına səbəb isə başqa bir Səudiyyə aliminin bu təklifə qarşı çıxması olub. İxtilaf doğuracaq təklif Hökumət krala təqdim olunmuş 61 səhifəlik təklifə hələlik münasibət rəy bildirməyib.

Bir çox İslam alimləri həm sünnilər, həm də şiələr üçün müqəddəs olan bu məqbərənin dağıdılmasının ixtilaf yaradacağını söyləyiblər. Əl-Nəbavi – Peyğəmbərin evi və məzarı Londonda mənzillənmiş İslami İrs Araşdırma Fondunun direktoru doktor İrfan Ələvi “The İndependent” qəzetinə bildirib ki, sökülməsi təklif edilən məscid Peyğəmbərin və ailəsinin yaşadığı ev olub və hazırda dünya müsəlmanları tərəfindən müqəddəs ocaq kimi ziyarət edilir. Əl-Nəbavi məscidi üzərindəki məqbərə tarix boyunca müxtəlif hökmdarlar tərəfindən abadlaşdırılıb və genişləndirilib. Məscidin abadlığına, xüsusən də Osmanlı imperatorları böyük töhfə veriblər. Bu məscidin divarlarında naxışlı hüsn-xətlə Məhəmməd Peyğəmbərin və ailəsinin həyatından epizodları əks etdirən yazılar var. Müqəddəs məscidlərin yerində lüks otellər

Doktor Ələvi bildirir ki, təkliflərdə bütün bunların, habelə Peyğəmbərin qəbri üstündəki yaşıl gümbəzin də dağıdılması nəzərədə tutulub. Britaniya qəzetləri arasında Yaxın Şərq və İslam məsələlərinə daha geniş diqqət verən “The İndependent” yazır ki, Məkkə şəhərinin özündə də son illər dəbdəbəli otellərin və istirahət qurğularının tikintisi üçün minillik tarixə malik müsəlman abidələri dağıdılıb. Qəzet Məkkənin tarixi binalarının 95 faizinin artıq söküldüyünü xəbər verib. Bura Fatimənin də evi olub Doktor Ələvi bildirib ki, Mədinədəki əl-Nəbavi məscidinin sökülməsi barədə təklifi ölkənin aparıcı alimi Əli bin Əbdüləziz əl-Şabal verib. Özü şiə olan İrfan Ələvi “The İndependent” qəzetinə deyib ki, bu məscid şiələr üçün olduqca müqəddəs yer sayılır, çünki Məhəmməd Peyğəmbərin kiçik qızı, imam Hüseynin anası Fatimə də burada yaşayıb.

mənbə:

sunna.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 53 dəfə.

calal calalov

Read Previous

Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı tövsiyəsi

Read Next

Məşhur hind aktyorunun azan səsinə reaksiyası – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir