• 18 Sentyabr 2019

Qəbir ziyarəti və qəbiristanlıqda Quran oxumaq caizdirmi?

imagesCAIVL9AP

Qəbir ziyarəti və qəbiristanlıqda Quran oxumaq caizdirmi?

Ümumiyyətlə dinimizdə qəbir ziyarəti caizdir. Bu ziyarətlərdən əsas məqsəd ölümdən ibrət almaq, ölümü xatırlamaq və mömin dünyasını dəyişənlərə dua etməkdir. Necə ki, Allah rəsulunun öz anasının qəbrini ziyarət etdiyi və ziyarət edərkən özü də ağladığı və ətrafdakıları da ağlatdığını Əbu Hureyrə rəvayət edir. Nəbi (əleyhissəlam) bundan sonra belə buyurmuş : “Anama bağışlanma diləmək üçün rəbbimdən izn istədim. Mənə izn vermədi. Qəbrini ziyarət etmək üçün izn istədim mənə izn verdi. Elə isə qəbirləri ziyarət edin. Qəbirlər sizə axirəti xatırladar.” (Müslim, Əhməd). Bu Hədisdən də göründüyü kimi sizin təbirinizlə desək “əzizlərimizin qəbrini” ziyarət edə bilərik.
Müsəlman yaxınlarımızın qəbirlərini ziyarət edərkən bu ziyarətin bəzi ədəblərinə fikir verməliyik. Belə ki, onların qəbirlərinə salam verib dua etmək ziyarət zamanı edəcəyimiz əsas işdir. Rəsul (s) İbn Abbasın rəvayətinə görə Mədinə qəbiristanlığında getdiyi zaman onlara belə demişdi : “Salam üzərinizə olsun, ey qəbirdə yatanlar. Allah bizi və sizi bağışlasın. Siz bizdən əvvəldəsiniz, Biz də sizin izinizlə gedəcəyik.” (Tirmizi). Bu barədə Allah rəsulundan çox hədis rəvayət olunmuşdur. Bütün bunlar müsəlmanların qəbirlərini ziyarət edərkən onlara ediləcək ən xeyirli əməlin dua olduğunu göstərməkdədir.
Eyni zaman da şəriətimizə görə əgər məqsəd axirəti, xatırlamaq və ibrət almaqdırsa bu zaman hətta kafirlərin və zalımların belə qəbirlərini ziyarət etmək olar. Bu zaman onların dünyadakı hallarını yada salıb bundan həzər edərək ağlamaq müstəhəbdir. Buxarinin İbn Ömərdən rəvayət etdiyi bir hədisə görə “Rəsulullah (s) əshabına Səmud diyarındakı Hicr mövqeyinə çatdıqları zaman belə dedi. “Bu əzaba uğrayanların yanına ağlamaqdan başqa bir halda girməyin. Əgər ağlamırsınızsa onların yanına getməyin ki, onlara toxunan sizə də toxunmasın”
Burada bir mühüm məsələni qeyd etmək istərdim. Bəziləri qəbir ziyarətləri üçün xüsusi günlər təyin edərək bu günlərdə ölülərini ziyarət edərlər. Yəni müxtəlif bayramlarda və ya cümə günlərində və ya ölünün ölüm günlərində və s. bilməliyik ki, belə bir sistemləşdirmənin dinimizdə heç bir əsası yoxdur. Hətta bu cür təyin olunan xüsusi günlərdə biri olan “qara bayram” İslamdan əvvəlki, cahiliyyət dövrünün qalıqlarındandır. Məhz bu günü qeyd etmək niyyəti ilə qəbirləri ziyarət etmək günahdır. Hətta bəziləri bu günlərdə daha dərin günaha girərək qəbirlərin üstünə xonça, yeməklər, şirniyyatlar aparırlar. Bunlar ibtidai toplumların müşrik ənənələrindəndir. Bu kimi qəbir ziyarətləri ağır günahlardandır.
Eyni zamanda qəbirlərin ətrafına dolanmaq, onlara əl və paltarlarını (təbərrük üçün) sürtmək də bu kimi böyük günahlardandır.
Qəbirlərdə Quran oxumağa gəlincə…. Qəbiristanlıqdan kənarda (evdə və s.) ölüyə Quran oxumağı əksər alimlər caiz görsə də qəbiristanlıqda məsələ bir az fərqlidir. Bir çox İslam alimi bunu (qəbiristanlıqda quran oxumağı) xoş görməmişdir. Bizim tərcih etdiyimiz də budur. Qəbirlərin başında bu gün “müştəri” gözləyən mollaları görəndə anlayırsan ki, həqiqətən belə qəbir ziyarətlərindəki əməllərə fərqli niyyətlər qarışmışdır. Onların əlində Quran mənası açıqlanmadan, anlaşılmadan ancaq ölülər üçün oxunan bir məchul kitaba çevrilmişdir. Əcaib-qəraib tərzdə pul üçün oxunan o Quranların ölənlərə necə fayda verəcəyini mən anlaya bilmirəm. Amma siz özünüz bu ziyarətlər zamanı dua niyyəti ilə fatihə surəsini və Qurandan digər dua mahiyyətli ayələri oxuya bilərsiniz.
Ən doğrusunu Allah bilir.

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 1. 865 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Şübhəli şeyləri tərk etmək

Read Next

Azərbaycanın elektron dini xəritəsi hazırlanıb

One Comment

  • Assalamun aleykum. Bilirsiz mene indiye kimi deyirdiler ki, adnalar bidaddir, eger quran oxumaq istesen her cume subh tezden get. Ve hetta bunu hedis kimi bele eshitnishdim: Eger olulerinizi ziyaret etmek istesez cume gunleri gedin.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.