• 26 Aprel 2024

Qədərə imanın özəllikləri

İnsan xoşlamadığı bir vəziyyətlə qarşılaşanda: “Qədərim pis imiş” deyərək qəm-qüssədə boğulur və qorxuya düşür. Xoşlandığı bir vəziyyətlə qarşılaşdıqda isə çox xoşbəxt olur. Halbuki onun xoşlanmadığı bir şey onun xeyrinə, xoşlandığı bir şey də zərərinə ola bilər.[1]

Başa gələn və xoşa gəlməyən bir şey insanın yanlış seçimi və xətalı davranışı səbəbilə baş vermir. Allah-Təala insanı imtahan etmək və ya mənəvi yöndən onu gücləndirmək üçün bəzi hadisələrlə sınayır. Lakin Uca Allah heç kimsəyə zərrə qədər haqsızlıq etməz.[2]

Qədərə iman edən kimsə bütün varlığı ilə Uca Allaha təslim olar. Allaha təslim olan kimsə mənəvi olaraq rahatlıq tapar. “Allah nə yazıbsa başımıza o gələr”, -deyər[3], baş verənlər onu narahat etməz.

Əgər başına istəmədiyi bir iş gələrsə, belə etsəydim bu cür olardı deyə heyfislənməz. “Allah belə uyğun görüb yaratdı. O, hər istəriyini yaradır”, -deyərək Allah- Təalaya bağlanar, şeytanın mənfi vəsvəsələrinə imkan verməz.[4]

Çətinliklərə səbir edər, Allahın təqdirinə razı olar. Başına bir fəlakət gəldikdə: “Bizim bütün varlığımız Allahındır və axırda yenə Ona qayıdacağıq”, – deyər.[5]

Bir kimsə: “Başıma gəlməsini Allahın təqdir etdiyi bir şey mütləq həyata keçəcəkdir. Allahın təqdir etmədiyi bir şey əsla olmayacaqdır”. – deyə düşünmədikcə kamil mənada mömin ola bilməz.[6] belə düşünməsi onun qəlbinə təsir edər və qəlbi sevinc və fərəhlə dolar.


[1] Bəqərə, 2/216

[2] Nisa, 4/40

[3] Tövbə, 9/51

[4] Müslim, Qədər, 34

[5] Bəqərə, 2/156

[6] Tirmizi, Qədər, 10

Read Previous

Korların günəşi təkzib etməsi

Read Next

Din dildə yaşayar