• 28 Mart 2024

Qonşumuz İftar Etdimi?

Həzrət Peyğəmbər (s.ə.s) qonşuluq haqlarına çox həssaslıq göstərilməsini arzu edərdi. Hədisi-şərifdə :

“Cəbrail mənə qonşuma yaxşılıq etməyi o qədər çox tövsiyyə etdi ki, hardasa qonşunu qonşuya varis edəcək deyə fikirləşdim.”– buyurmuşdur.[1]

Digər hədisdə :

“Kafir qonşunun bir haqqı vardır. Müsəlman qonşunun iki haqqı vardır. Müsəlman və qohum olan qonşunun üç haqqı vardır.”– buyurmuşdur.[2]

Qonşunun pəncərəsinə baxmaq, yemək qoxusu ilə onu narahat etmək, onun xoşuna gəlməyəcək bir hərəkət etmək, qonşu haqlarını tapdalamaqdır.

Peyğəmbərimiz (s.ə.s) :

“Allah Təalaya görə qonşuların xeyirlisi, qonşusuna faydalı olandır.”[3], “Qonşusu ac ikən tox yatan mömin deyildir.”-buyurardı[4]

Əbu Zər Qiffari Həzrətləri :

“Mənə Həzrət Peyğəmbər (s.ə.s) yemək bişirərkən suyunu bol etməyimi, ondan qonşuma da pay verməyimi əmr buyurdu…”demişdir.[5]

Əbu Zər, səhabənin kasıblarından idi. Deməli, qonşu haqqını qorumaqda yoxluq maneə deyildir.

Həzrət Peyğəmbərimizin (s.ə.s) həyatına nəzər saldığımız zaman qonşunun qonşu üzərindəki haqqlarını aşılayan bir sıra hədisi-şəriflərə rastlamış olarıq.

Bir hədisi- şərifində Fəxri- Kainat Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Dünya möminin zindanı, kafirin cənnətidir.”Bu fani dünyamızda üzərimizdə haqqı olan kəslərdən biri də qonşumuzdur ki, bizim bir mömin olaraq üstümüzə düşən bu haqqa riayət edib, hər zaman qonşumuza dəstək olmalı xüsusilə bu gözəl Ramazan ayında qonşumuzun oruc tutmaq üçün evində ərzağının olduğunu bilməli və bunun üçün ona əlimizdən gəldiyi qədər yardımçı olmalıyıq.


[1] Buxari,Ədəb, 28

[2] Suyuti,əl-Cəmiu-s-Sağir; Misir 1321, 1, 146

[3] Tirmizi,Birr,28

[4] Hakim,2,15/2166a

[5] İbn-i Macə ,Ətimə,58

Read Previous

Artıq çox gecdir

Read Next

Orucu Pozmağın Cəzası