• 24 Avqust 2019

“Qüdsdəki Ömər məscidini partlatmaq lazımdır”

kubbe-saxra
Fələstin alimləri İsrailin Qüdsdəki təhlükəli planı barədə xəbərdarlıq edirlər.

İsraildə sabah keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin Habayt Hayehudi (Yəhudi Vətəni) radikal sağçı partiyasının millət vəkili namizədi Qüds şəhərindəki Ömər məscidinin partladılması ideyasını irəli sürüb.

Belə ki, israilli jurnalist Yəhuda Nurielin internetə yerləşdirdiyi videolentdə HHP üzvü Ceremi Cimpelin Ömər məscidinin partladılması təklifini irəli sürdüyü öz əksini tapıb. 2011-ci il noyabrın 13-də çəkildiyi məlum olan görüntülərdə ABŞ-ın Florida ştatındakı kilsələrdən birində çıxış edən Cimpelin “Qübbə əs-Səxra”nın partladılması ideyasını irəli sürdüyü məlum olur.

Cimpel sözügedən çıxışında Ömər məscidinin yerində yəhudi məbədinin inşasını təklif edərək, xristianların bu məsələdə yəhudilərə yardımını istəyir. Xatırladaq ki, İsrailin Daxili Təhlükəsizlik Xidməti (ŞinBet) 1982-1984-cü illərdə yəhudilərin Qüdsdəki Ömər məscidini partlatması istiqamətində azı 3 cəhdinin qarşısını almışdı.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 93 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Şeyx Şamil (1797-1871)

Read Next

Mövlüd bidatdırmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.