• 23 Aprel 2019

Qul haqqı vitrinlərə düzüldü

qul-haqqiPeyğəmbər Əfəndimiz (səv) nümunə şəxsiyyəti və yaşayışıyla, qazanarkən və xərcləyərkən də nəzərə alması zəruri olan ölçüləri göstərərək, səhabələrin həyatında bir tarazlıq qurulmasını təmin etmişdi.
Peyğəmbər Əfəndimiz (s.a.v.) Mədinəyə hicrət etdikdən sonra ilk olaraq müsəlmanlar arasında qardaşlığı təsis etdi. Bundan sonra, müsəlmanlarla qeyri-i müsəlmanlar arasında vətəndaşlıq hüququnu təmin etdi. Ardından bazara çıxdı, ticarət və qazancı tədqiq etdi. Bazarda bir satıcıya yaxınlaşdı. Önündəki buğda yığınının içinə əlini daldırdı. Buğdada yaşlıq hiss edincə:
“Bu nədir?” Deyə soruşdu. Həmin şəxs:
“Yağmur islatdı ey Allahın Rəsulu!” Dedi.
Əfəndimiz (s.a.v):
“Bunun Yaş qismini yuxarıda saxlayıb insanların görməsini təmin edə bilməzdinmi? Aldadan məndən deyil. “buyurdu. (Müslim, İman, 164)
Günümüzdə ticari həyatdakı aldatmaların ən başında isə reklamlar gəlməkdədir. Reklamlar, əksəriyyətlə israfı təşviq edərək, malı olduğundan daha üstün göstərməkdədir. Digər tərəfdən də qadının cazibəsini bir vitrin şəklində insanlara göstərərək bu yolla ticarətə qazanc qatma mahiyyətini hədəfləmişdir.
Vitrinlərə çıxarılan yeməklər qul haqqına girər mi?
Bu da çox qəmli bir mənzərədir ki, indiki vaxtda insanlar arasında acgözlülük yarışı başladı. Kabab və bənzər yeməklər vitrinlərə düzülməklə, onu satın ala bilməyən bir çox qərib, yetim və kimsəsizlərin qul haqqına girilməkdədir.
Əvvəllər bəzi restoranlarda, yeməklər olan yerin önünə bir pərdə çəkilərək, yeməklər göstərilməzdi. Bazardan alınan meyvə, tərəvəz və s ərzaqlar onları ala bilməyən kasıbların gözü qalmasın deyə görünməyən torbaya qoyulardı. İndiki vaxtda isə restoranlar daha çox qazanc uğruna, içəridəki stolları çölə daşıyaraq, insanların çöldə, hər kəsin gözü qarşısında yemək yemələrini heçbi şey yoxmuş kimi normallaşdırma səyi içinə girmişlər.
Peyğəmbər Əfəndimiz (səv) yeməyin qoxusu ilə qonşuya əziyyət etməyi qadağan etmişdir. İndiki vaxtda isə təəssüf ki, qoxusuyla birlikdə bir də vitrinə düzülməsi, sanki mübah görülməyə başlandı. Bu hal isə cəmiyyətdə varlı və yoxsul arasındakı məhəbbət, qardaşlıq və həmrəylik duyğularını zəiflətməkdədir.
Əfəndimiz (səv) həyatı boyunca haqq və hüququ müdafiə etdi. Buna baxmayaraq vəfatına yaxın Məscidi Nəbəvidə səhabələrini yığıb onlara:
“Əsshabım! Kimin kürəyinə vurdumsa budur kürəyim, gəlsin vursun, kimin malını səhvən aldımsa, budur malım gəlsin alsın.” Buyurdu. Beləcə öz şəxsində bizlərə, “Qul haqqına riayət edin, bu dünyada halallaşın. İnsanların yanında alçalaram deyə qorxmayın. Axirət alçaqlığı, bu dünyadakı rəzillikdən çox daha betərdir. Nə olursa olsun axirətə qul haqqı ilə getməyin!” təlimatı verdi.
Hədisi-şərifdə buyurulur: “Kimin üzərində qardaşına qarşı ismət və ya başqa bir şey səbəbiylə haqq varsa, dinar və dirhəmin olmadığı (qiyamət və hesablaşmanın olacağı) gün gəlməzdən əvvəl, daha burada ikən halallaşsın. Əks təqdirdə o gün, saleh bir əməli varsa, o zülmü nisbətində o əməl ondan alınar. Əgər hasənatin yoxsa yoldaşının günahından ona yüklənər. “(Buxari, Mezalim 10, Rikak, 48) Haqq yeməmək və halallaşmaq, ticari həyatın ən mühüm düsturlarındandır.

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 63 dəfə.

calal calalov

Read Previous

Əgər müsəlmanıqsa bunları düşünməyimiz lazımdır.

Read Next

18 milyonu İslama gətirən, dünyanı silkələyən “Çağrı” filmi haqda şok faktlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir