• 19 Mart 2024

Quran bizə kafidirmi?

quran-yetermiBu suala Peyğəmbər (səllallahu əleyhi və səlləm) əfəndimizin aşağıdakı hədisi şərifi ilə cavab tapa bilərik.”Diqqət edin, mənə Kitab və onun bir misli verildi. Diqqət edin, qarını tox bir adamın kreslosuna söykənərək sizə: “Bu Qurana əməl etməyiniz lazımdır. Onda halal deyilənlər halal, haram deyilənlər haramdır (başqa qaynağa ehtiyac yoxdur!)”. Deməsi yaxındır. Diqqət edin! Allahın Rəsulunun haram etdiyi şeylər, Allahın haram etdiyi şeylər kimidir.” (Əbu Davud, Sünnə 6; İbn-i Macə, Müqəddimə 2; Tirmizi, Elm 10; Əhməd b. Hənbəl, 6/8)Qurani Kərimdə bir çox ilahi əmrin həyatda necə tətbiq ediləcəyi bildirilməmişdir. Onları ancaq Rəsulullah (səllallahu əleyhi və səlləm) əfəndimizin tətbiqatlarından öyrənməkdəyik.Məsələn Qurani Kərimdə “ölü əti” yemənin haram olduğu bildirilmişdir. Bu barədə, canlı tutulduqdan sonra ölən balığın buna aid olmadığını və onun yeyilə biləcəyini isə sünnədən öyrənməkdəyik.Yenə Quranda namaz ibadəti əmr edilməkdədir. Lakin onun necə qılınacağının açıqlaması: yəni rükət sayları, rükətlərdə oxunacaq surə və duaları, tədili ərkanları kimi xüsusları, sünnədən öyrənilməkdədir.Əfəndimiz (səllallahu əleyhi və səlləm) vəda Xütbəsində:”Sizə iki əmanət qoyub gedirəm. Onlara möhkəm sarıldıqca yolunuzu heç çaşmayacaqsınız. Bu əmanət, Allahın kitabı Qurani Kərim və Onun Peyğəmbərinin sünnəsidir.” Buyurur. (Hakim, I, 171/318; Muvatta, Qədər, 3)Yəni “sizə yalnız Qurani Kərimi əmanət buraxıram, o sizə kafidir” deyilmir. Çünki Qurani Kərimi, ancaq sünnə və hədislər şərh edir. Bu səbəbdən sünnə olmadan İslam yaşana bilməz.

Mənbə:islamveihsan.com

Read Previous

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam edir

Read Next

Qurani Kərimi oxumağın və onunla əməl etməyin əhəmiyyəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.