• 19 Mart 2024

Qurani Kərimi oxumağın və onunla əməl etməyin əhəmiyyəti

kuran_sefaat_sikayetQurani Kərimi oxumaq, anlamaq və onu günlük həyatımızda tətbiq edərək yaşamağın əhəmiyyəti nədir? Quranın bizlərə şəfaəti və şikayəti necə olacaq? Məhşər günü Qurandan necə hesaba çəkiləcəyik? Əzab və mükafatlandırma necə olacaq?

Müqəddəs kitabımız Qurani Kərim, onu öyrənib başa düşmək və həyatımızın hər sahəsində yaşamağımız üçün göndərilmişdir. Uca Rəbbimiz Qurani Kərim ilə əməl edən insanları yüksəldər, onu tərk edənləri də alçaldar. Qurani Kərim, özünə tabe olan kəslərə bələdçilik edərək onları cənnətə aparar. Onu tərk edənləri də arxalarından itələyərək cəhənnəmə yuvarlayar. Bu səbəbdən Quranın həm şəfaəti həm də şikayəti vardır. Quran qiyamət günü insan surətində və ya fərqli şəkillərdə gələrək bəzi insanlara kömək edər, bəzilərini də Allahu təalaya şikayət edər. Bəzilərini cəhənnəmə qarşı qoruyar, bəzilərini də atəşə atar.
Quran oxuyub onunla həmdəm olan, əmr və qadağanlarını yerinə yetirən kimsəyə axirətdə: “Dünyada necə tərtil ilə ağır-ağır Quran oxuyurdunsa, burada da oxu!” Deyilir. Oxuduqca dərəcəsi yüksəldilər. Cənnətdəki məqamı, oxuduğu ən son ayənin səviyyəsində olur. (Əbu Davud, Vitr, 20/1464; Tirmizi, Fədailul-Quran, 18/2914)
Quranın bu şəfaət və köməyiylə əlaqədar Rəsulullah (s.a.v) belə buyurur:
“Qiyamət günü Qurani Kərim gəlib (əhli və səhabələri üçün) belə deyər:
“Ya Rəbbi, onu bəzə!” Bunun üzərinə ona kəramət tacı geydirilər.
Bu səfər Quran belə deyər:
“Ya Rəbbi, ona daha çoxunu ehsan et!” Quranı oxuyub yaşayan adama kəramət paltarı geydirilər.
Quran:
“Ya Rəbbi, ondan razı ol!” Deyər. Allah Təala da ondan razı olar və ona:
“Oxu Və yüksəl!” Deyilər.
Oxuduğu hər ayətlə gözəl əməlləri artırılar.” (Tirmizi, Fədailul-Quran, 18/2915)
Hz. Aişə anamız deyir ki:
“Cənnətin dərəcələri, Quran ayələri qədərdir. Cənnətə girənlər arasında Qurani oxuyandan daha fəzilətli kimsə yoxdur.” (İbn-i Əbi Şeybə, Musannəf, VI, 120/29952)
O gün kim Quranın hamısını oxusa cənnətin ən üst mərtəbəsinə yüksələcək. Hər kəs, Quran oxuduğu miqdarda yüksəlib ona görə savab alacaq.
Quranın şikayətinə gəlincə, o da çox kədərli bir mənzərədir. Allah Rəsulu (səv) Quranın həm şikayətini həm də şəfaətini izah edərək deyir ki:
“Qiyamət günü bir adam gətirilər. Quran ona (insan surətində) göstərilər. Adam dünyadaykən Quranın fərzlərinə laqeyd yanaşmış, onun sərhədləri aşaraq haramlara düşmüş, ibadətləri yerinə yetirməmiş, qadağan etdiyi günah əməllərdən çəkinməmişdir. Quran deyər ki:
“Ya Rəbb! Ayələrimi nə pis bir adama verdin (öyrədib əzbərlətdin!) Hududlarımı aşdı, farzlarımı tərk etdi, bildirdiyim ibadətləri buraxıb, qadağan olduğunu bəyan etdiyim günahlar işlədi”
Quran o kimsə əleyhinə dəlillərini sayıb tökməyə o qədər davam edər ki, nəhayət Ona:
“Onu sənə buraxıram, hesabını gör” deyilər.
O da həmin adamın əlindən tutar və burnu üstünə sürükləyərək onu cəhənnəmə atana qədər ondan ayrılmaz.
Başqa bir kimsə daha gətirilər. O da dünyadaykən Quranın çəkdiyi sərhədləri qorumuş, fərzləri yerinə yetirmiş, əmr etdiyi ibadətləri edib qadağan etdiklərindən də qaçınmışdır. Quran onun qarşısında dayanaraq onu müdafiə edər və belə deyər:
“Ya Rəbbi! Ayələrimi nə gözəl bir adama verdin (öyrədib əzbərlətdin!) Hududlarımı qorudu, farzlarımı yerinə yetirdi, bəyan etdiyim itaətə tabe olub asilikdən imtina etdi”
O adamın lehinə dəlillərini saymağa o qədər davam edər ki, nəhayət Ona:
“Onu Sənə həvalə etdim, hesabını sən gör!” Deyilər.
Bunun üzərinə (insan surətində) göstərilən Quran, onun əlindən tutar, yanından heç ayrılmaz. Ona ağ ipəkdən paltarlar geyindirər, başına kral tacı qoyar və kralların kasası ilə ona su ikram edər.” (Heysəmi, VII, 160-161; Bəzzar, no: 2337)
Quranın oxunmasını və yaşanmasını tərk edənlərdən Allah Rəsulu (səv) də şikayətçi olmaqdadır. Bir möminin, ən çətin anda, şəfaətinə son dərəcə möhtac olduğu Peyğəmbərinin açıq şikayətiylə qarşılaşması nə acı bir hadisədir! Ayəti kərimədə belə buyurulur:
“Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək.”(Furqan 25/30)
Bu şikayətin içində Qurana iman etməmək, ona qarşı gəlmək bildirildiyi kimi, ləfzini oxumağı tərk etmək də mövcuddur. Bir rəvayətdə belə buyurulur:
“Kim Quranı öyrənər, ancaq onu tez-tez oxumaz və üzünə baxmazsa, qiyamət günü Quran gələrək o adamın yaxasına yapışar və:
“Ey Aləmlərin Rəbbi! Bu qulun məni tərk etdi və məndən uzaqlaşdı. Aramızda sən hökm ver” deyə şikayət edər.” (Kurtubi, XIII, 27-28; Alusi, Ruhul-məani, XIX, 14, [Furqan, 30 təfsirində])
Uca Rəbbimiz, bizləri Qurani Kərimin şəfaətinə nail olaraq şikayətindən əmin olmağı nəsib etsin! Amin.

Mənbə:islamveihsan.com

Read Previous

Quran bizə kafidirmi?

Read Next

Şəkidə “Dini radikalizmlə mübarizədə ənənəvi dindarlığın rolu” mövzusunda tədbir keçirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.