• 25 Aprel 2019

Qurani kərimi unutmamaq

تَعَاهَدُوا هَذَا الْقُرْآنَ فَوَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَهُوَ أَشَدُّ تَفَلُّتاً مِنَ الْإِبِلِ فِي عُقُلِهَا

Bu Quranı hafizənizdə qorumağa diqqətkuranı-kerim edin. Muhammədin canını qüdrət əlində tutan Allaha and içirəm ki, Quranın yaddan çıxması bağlanmış dəvənin ipi açılıb qaçmasından daha sürətlidir. (Buxar, Fəzailul-Quran 23, Müslim, Müsafirin 231)

Əzbərlənən Qurani-Kərimi hafizədə saxlamaq və yaddan çıxartmamaq üçün onu davamlı təkrarlamaq lazımdır. Peyğəmbərimiz (s.ə.s) əshabına Quranı çox-çox təkrarlamalarını və davamlı olaraq oxumalarını tövsiyə edərdi. Çünki əzbərlənən Quranı yaddan çıxartmaq, əldə edilən hafizlik nemətini itirmək deməkdir. Bu səbəblə Peyyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur. Filan və filan surəni unutdum,  ya da filan və filan ayələri unutdum demək bir adam üçün nə qədər çirkin bir şeydir. Bəlkə özünə bunlar unutdurulmuşdur” (Müslim, Müsafirin, 230). Deməli bilərək, qəsdən vəya təmbəllik edərək, önəm verməyərək Quranı unutmağın çirkin bir iş olduğunu vurğulamış və hafizəsində olan Quranı unutdum deyilməyib, mənə unutduruldu deyilməsi daha uyğundur. Çünki unutdum deyildiyi zaman ona lazım olan önəmi vermədiyin ortaya çıxır.

Peyğəmbərimiz (s.ə.s) yaddan çıxan Qurani-Kərimi bağlanmış dəvənin ipi açılıb qaçmasından daha sürətlidir buyurmuşdur. Heyvanlar içində qaçmağa ən çox təşəbbüs edən dəvədir. Qaçandan sonra da onu tutmaq çox çətindir. Peyğəmbərimiz (s.ə.s) Qurani-Kərimi təkrar əldə etməyin bundan da çətin olduğunu bildirmiş və Quranın unudulmasına səbəb olan şeylərdən uzaq durmağı bizə tövsiyyə etmişdir. Buna görə də ediləcək ən gözəl iş, Quran oxumağı tərk etməmək və əzbərlənən yerləri təkrar etməkdir. Buxarinin öndə gələn hocalarından biri olan İsahq bin Rahuyə belə demişdir. “Quran oxumadan bir kimsənin üzərindən qırx gün keçməsi məkruhdur.”

مَثَلُ الْمُؤمِنِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ مَثَلُ الْأُتْرُجَّةِ : رِيحُهَا طَيِّبٌ وَطَعْمُهَا طَيِّبٌ ، وَمَثَلُ الْمُؤمِنِ الَّذِي لَا يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ التَّمْرَةِ : لَا رِيحَ لَهَا وَطَعْمُهَا حُلْوٌ ، وَمَثَلُ الْمُنَافِقِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الرِّيحَانَةِ : رِيحُهَا طَيِّبٌ وَطَعْمُهَا مُرُّ ، ومَثَلُ الْمُنَافِقِ الَّذِي لَا يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الْحَنْظَلَةِ : لَيْسَ لَهَا رِيحٌ وَطَعْمُهَا مُرٌّ

Quran oxuyan mömin portağal kimidir. Ətri xoş, dadı gözəldir. Quran oxumayan mömin xurma kimidir. Ətri yoxdur, dadı isə gözəldir. Quran oxuyan münafiq reyhan kimidir. Ətri xoş. Lakin dadı acıdır. Quran oxumayan münafiq Əbu Cəhl qarpızı kimidir. Ətri yoxdur, dadı da acıdır. (Buxari, Ətimə 30, Tövhid 36, Müslim, Müsafirin 243, Əbu Davud, Ədəb 16 Tirmizi, Ədəb)

Peyğəmbərimiz (s.ə.s) hədisləri söylədiyi zaman bənzətmədən çox istifadə etmişdir. Bu da insanların həmən mövzunu daha yaxşı başa düşməsinə kömək edir. Qunani-Kərim kimi Peyğəmbərimiz (s.ə.s)-in hədisləri də insanların həm daxili dünyasına həm də xarici aləminə təsiri vardır. Ancaq bu xüsusda insanlar fərqlidirlər. Kimi çox, kimi az, kimi də heç nəsib almazlar.

Bu hədisə görə Qurandan ən çox nəsib alan şəxslər möminlərdir. Heç nəsihət almayanlar isə münafiqlərdir. Bəzi şəxslər təkcə Quranın xarici görünüşünə baxaraq təsirlənər, amma daxildə yəni qəlbdə heç bir təsiri yoxdur. Bəzi şəxslər də Quran oxuyurlar amma oxuduqları Quranın əməllərində heç bir təsiri yoxdur. Həmən şəxslər də əsasən qəlbində nifaq olan riyakar şəxslərdir. Bəziləri isə tam bunun əksi kimidir. Bəzi şəxslər isə Quran oxumazlar və oxumağı da bilməzlər amma daxillərində və əməllərində  Quranın təsirini hiss edərlər. Onlar Qurana və onun hökmlərinə son dərəcə hörmət edərlər. Həmin şəxslər də eşitdiklərini yaşayan möminlərdir. Bu Möminlərin əsas vəzifəsi hansı yaşda olmalarına baxmayaraq, qabaqlarına çıxan ilk fürsətdə Quranı öyrənmək olmalıdır.

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 40 dəfə.

calal calalov

Read Previous

Madagizdəki hərbi baza qərargahı dağıdıldı

Read Next

Ailədaxili münaqişələrin övladlarımıza təsiri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir