• 19 Aprel 2024

Ramazan ayında hansı ibadətləri edə bilərik

ramazan_ayiRamazan ayında nələr edə bilərik? Sizlərə Ramazan ayında edə biləcəyiniz ibadətləri təqdim edirik.
1-“Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (Əl-Hicr, 99) düsturunu nəzərə alaraq, günlük ibadətlərimidzə çox ciddi olmalıyıq
a- Oruc ibadətinə ciddiliklə davam etməyə,
b- Nafilə namaz, dua və zikrlərimizə hər zamankindən daha çox üstünlük verməyə,
c- Bütün günü dəstəmazlı olmağa, oruclunun susmasının zikr, duasının məqbul, əməllərinin də çox savab olduğu prinsipinə diqqət etməyə,
d- Xüsusilə Ramazan ayındakı təhəccüd namazlarına davam etməyə, Ramazana xas təravih namazlarını tərketmədən davam etməliyik.
Çünki Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm-:
“Səcdə etmək qədər qulu Allaha yaxınlaşdıran başqa bir ibadət yoxdur.” Buyurmaqdadır. (Müslim, Salat, 215)
2- Ramazan başlamazdan əvvəl özümüzə bir program tərtib etməli, Ramazan ayı üçün dəqiq hədəflər qoymalı və bu hədəflərə çatmaq üçün xüsusi səy göstərməliyik. Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm-: “Edilən işlər niyyətlərə görə qiymətləndirilir. Hər kəs etdiyi işin qarşılığını niyyətinə görə alar. “Buyurmaqdadır. (Buxari, İman, 41; Müslim, Abadlığa, 155) Buna görə bizdə özümüzə Ramazan proqramı tərtib edərkən: Quranı Kərim xətim etmək, təfsir, hədis və kitab oxumaq, ayə, hədis və dua əzbərləmək, iftar vermək kimi proqramları tərtib etdiyimiz Ramazan proqramına əlavə etməyi unutmamalıyıq.
3- Gün içərisində zamanımızı israf edən, boş və faydasız işləri tərk etməliyik. Məsələn, internet, telefon və televizorları bir müddət susturmalı, onlara ayırdığımız dəyərli vaxtlarımızı ən aşağı səviyyəyə endirməliyik.
4- Yuxu saatını azaltmalı, beyni və bədəni gərəksiz yerə məşğul edən işlərdən bir ay uzaqlaşmalıyıq ki, ibadətlərimizə daha yaxşı davam edə bilək.
5- İftar vaxtlarını, mətbəx və alver işləri ilə, son günləri, təmizlik və bayram hazırlıqlarıyla doldurmamağa diqqət etməliyik. Unutmamalıyıq ki, Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm-: “Hər oruclunun iftar vaxtında məqbul bir duası vardır.” Buyurmaqdadır. (Müslim, Tövbə, 27)
6- Ramazan əvvəlində özümüzü yaxşı bir hesaba şəkərək istiğfara israrla davam etməli, yoldaş, dost və qohumlarımızla halallaşmalı, kiçik və ya böyük bütün günahlarımızı bağışlatmağa, silib təmizləməyə çalışmalıyıq. Peyğəmbər Əfəndimiz -səllallahu əleyhi və səlləm-in: “Hansı vəziyyətdə olursan ol, Allahı zikr etmək və təsbih etməklə dilini islaq tut.” (Əhməd bin Hənbəl, Müsnəd, IV, 188) əmrini tətbiq etməyə riayət etməliyik.
7- Ailə, uşaqlara və ətraf mühitə daha yumşaq və şəfqətlə davranmalı, onlara savab qazanmaq ümidiylə yaxşı davranmalı və ikram etməyə davam etməliyik. Oxuduqlarımızı yumşaq və mehriban şəkildə izah etməyə, onlar vəsiləsiylə cənnəti qazanmağa çalışmalıyıq.
Ramazanı elə böyük coşğu, sevinc və xoşbəxtliklə yaşamalıyıq ki, müqəddəs qonağın rəhmətini, bərəkətini, əfv və məğfirətini bütün varlıqlara comərdcə hissettirək.
Orucunuz məqbul, Ramazanınız mübarək olsun.

Mənbə:islamveihsan.com

Read Previous

Fitrə sədəqəsi (Fitr) nədir?

Read Next

Ankara şəhərindəki nümunəvi məscid hamının diqqətini çəkdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.