• 29 Noyabr 2020

Ramazan ayının fəziləti

Hz. Salman (ra)-dan rəvayət edildiyinə görə, Rasulullah (səv) Şaban ayının son günü buyurdu ki:

Ey insanlar! Sizi mübarək bir ay kölgələmişdir. O, elə bir aydır ki, Onun içində min aydan daha xeyirli olan bir gecə vardır. Allahu təalanın oruc tutulmasını fərz buyurduğu, gecələrinin isə ibadətlə keçirilməsində çox savab yazdığı bir aydır. Kim bu ayda xeyir bir əməl işləyərək Allaha yaxınlıq göstərərsə, digər aylarda fərz bir işi yerinə yetirmiş kimi olar. Kim bu ayda fərz bir əməli yerinə yetirərsə digər aylarda fərz olan yetmiş əməli yerinə yetirmiş kimi olar. O səbr ayıdır. Səbrin qarşılığı isə cənnətdir. Bu ay ətrafımızda olan başqa insanların dərdinə, sıxıntısına, kədərinə ortaq olma ayıdır. Bu ay möminlərin ruzilərinin artırıldığı bir aydır.

Kim bu ayda oruc tutan bir möminə iftar verərsə, bu onun günahlarının bağışlanmasına, cəhənnəm əzabından qurtulmasına və oruc tutanın mükafatından da heç bir şey əksilmədən bir oruc tutma savabına nail olmasına səbəb olar. Səhabələr soruşdular ki: Ey Allahın elçisi, hamımız oruc tutan kimsəyə iftar verəcək gecdə deyilik axı? Buna qarşılıq olaraq Rasulullah (səv) belə buyurdu: “Kim oruc tutan bir nəfərə xurma ilə və ya bir udum su və yaxud da bir udum süd ilə iftar etdirsə Allahu təala ona da bu savabı verər.” Bu elə bir aydır ki, Onun başı rəhmət, ortası məğfirət, sonu da cəhənnəm əzabından qurtulmadır. Kim bu ayda əlinin altında işlətdiyi insanlara rahatlıq göstərərək onların işlərini yüngülləşdirərsə, Allah Onun günahlarını bağışlayar və Onu cəhənnəm əzabından azad edər. Bu ayda dörd mühim xüsusa çox riayət edin. Onlardan ikisi Uca Allahın rizasını qazanmaq, digər ikisi isə, heç bir zaman uzaq qalmayacağınız şeylərdir. Rəbbinizin rizasını qazanacağınız şeylər bol-bol kəlimeyi şəhadət gətirmək və istiğfar etməyinizdir. Uzaq qalmayacağınız iki şey isə, Allahdan daima cənnəti istəməyiniz və cəhənnəm atəşindən qorunmağınızdır. Kim oruc tutan bir nəfəri iftarda su ilə doydurarsa Allahu təala da Onu Mənim hovuzumdan içirərək doyurar. Hətta cənnətə girənə qədər o, bir daha susamaz. (İbni Huzeymə, Beyhaki, Tirmizi)

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 22 dəfə.

calal calalov

Read Previous

Evdə Təravih namazı necə qılınır?

Read Next

Ramazan Və Oruc