• 19 Aprel 2024

Ramazanda könül qabını böyük tut

ramazan hurmaMübarək Ramazan ayı, qulluq keyfiyyətimizi artırmaq üçün Rəbbimizin bizə ikram etdiyi bənzərsiz vəsilələrdən biridir. Ehtiva etdiyi fəzilətlər, fürsətlər və imkanlarla Ramazan ayı, bir mənəviyyat dəryasıdır. Ancaq, bu dəryadan istifadə edərək biz qulların həqiqi mənada uğur əldə etməyimizin sirri, niyyətimiz, əzmimiz, ədəbimiz, bu aya verdiyimiz qiymət, istedad və qabiliyyətimiz və nəhayət də, Rəbbimizin bizə fəzl və ehsanıdır.
Əsasən Uca Rəbbimizin hər bir nemətindən istifadə etmək üçün də, bu qaydalara riayət etmək lazımdır. Məsələn, Quran bir xəzinədir: lakin hər kəs bu xəzinədən bərabər dərəcədə feyz ala bilməz. Bu şərəfli Kitaba tərtəmiz könüllərlə, böyük bir təzimlə və imanla yaxınlaşmaq lazımdır. Rəsulullah bir Ummandır: ancaq incilərinə sahib olmaq üçün sevdalanmış ürəklər istər. Arif və Rəbbani alimlər hikmət bulaqlarıdır: Lakin, bu bulaqlardan susuzluğunu aradan qaldırmaq məqsədi ilə istifadə etmək üçün bir neçə ədəb və səy lazımdır. Biz bu yazıda “Ramazan bizə nə verə bilər?” sözündən çox, “Biz nə edə bilərik?” sözünə diqqət verəcəyik. Çünki almasını bilənə nələr verilməz ki! Bu əngin dəryadan istifadə etmək üçün:
Əvvəlcə Rəbbimizin bu nemətinə hörmət və təzim lazımdır. Böyük saleh insanlar, Ramazan adını tələffüz edərkən belə bir hörmət ifadəsi olaraq “Ramazan-ı şərif” yəni “şərəfli ramazan” demişlər. Çünki ibadətdə təzim, ibadətin özü qədər əhəmiyyətlidir, deyilsə boş danışılmış olmaz. Hətta böyüklərdən biri deyir ki: “İbadət insanı cənnətə aparar, ibadətə təzim isə insanı Allaha çatdırar”. Elə isə istifadə edə bilmək üçün bir könül hazırlığına ehtiyac vardır. Ramazanı şərifi həsrət və həvəslə gözləmək, belə bir hazırlığın ilk nişanəsi sayılır. Allah Rəsulu -sallallahu əleyhi və səlləm- Əfəndimizin “Allahım! Rəcəb və Şaban ayını bizə mübarək et və bizi Ramazanı şərifə çatdır “duası, bu mənada son dərəcə mənalıdır. Hər mömin könüldə bir həyəcan yaşanmalıdır. Hətta ailə tərəfindən bir həyəcan yaşanmalıdır. İftar hazırlıqları, təravih qılınacağı məscidlərin əvvəldən təsbiti, qonaq qəbul ediləcək günlərin müəyyənləşdirilməsi, quran xətmlərinin planlaşdırılması və s. hazırlıqlar bir mənada ibadətə təzim sayılır.
Ramazan-ı Şərifin fəzilətinə “iman” edilməlidir. İmanımızın yəqin dərəcəsi nə isə, istifadənin dərinliyi də o ölçüdə olacaqdır. Necə ki Fəxri Kainat (səv) Əfəndimiz bu sirrə işarə olaraq buyurur ki: “Kim, fəzilətinə inanaraq (iman edərək) və qarşılığını Allahdan gözləyərək ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari, İman 28, Savm 6; Müslim, Siyam, 203.) Belə bir iman, öz mənliyimizdə Ramazanı şərifə verilən qiymət ölçüsünü təşkil edir ki, həm qəlbi istifadəyə açır, həm də Rəbbimizə qarşı hüsni zannımızı artırır. Allah Təalanın qullarına davranışının onların zənnlərinə görə təcəlli edəcəyi gerçəyini düşündüyümüzdə, belə bir imanın nə böyük bir imkana vəsilə olduğunu da anlamış olarıq. Ramazanı şərifi bağışlanma ayı bilərək, onun təmizlənməsi və tərtəmiz etmə xüsusiyyətindən istifadə etmək, mömin üçün Uca Rəbbimizin nə böyük bir lütfüdür.
Ramazanı şərifə girərkən himməti və niyyəti böyük tutmaq lazımdır. Çünki əməllərin meydana gəlməsində və nəticələrinin alınmasında, niyyətlər son dərəcə həlledici olmaqdadır. Uca Rəbbimiz, qullarının niyyətinə görə onlara qapılar açır. Bu nöqtədə iradənin istiqaməti və dərəcəsi, açılacaq qapının çeşidini və keyfiyyətini təyin edir. Rəbbimiz belə buyurur:
“Kim dünya mənfəətini istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik “. (Ali-İmran Surəsi, 145)
Niyyət-əməl əlaqəsi haqqında Allah Rəsulu -sallallahu əleyhi və səlləm- Əfəndimizin bu bəyanları da məşhurdur:
“Edilən işlər niyyətlərə görə meydana gəlir və qiymətləndirilir. Hər kəsə niyyət etdiyi şey nə isə o verilir. “(Buxari, Bed’ü’l-vahy 1, İman 41)
Madam ki niyyət, çox vacibdir, elə isə Ramazanı Şərif bərəkətindən maksimum dərəcədə istifadə etmək üçün niyyəti sağlam və böyük tutmalıyıq. Allahın razı olacağı qulluq mərtəbəsinə çatmaq, daha müttəqi bir qul olmaq, hər növ günahdan və masiyetten təmizlənmiş bir duruluğa qovuşmaq, cəhənnəmdən xilas olub cənnət və camal-i ilahi nemətinə nail olmaq kimi ülvi niyyətlərlə bu mübarək aya girmək lazımdır.
Ramazanı şərif, əməllərimizin qəbul olması və qorunmasının sirri olan ixlası qazanmaq və artırmaq üçün böyük bir fürsət halına gəlməlidir. Çünki oruc, şərtlərinə riayət edilərək əda ediləcək olursa təbii olaraq bünyəsində ixlası da saxlaycaqdır. Yemə-içmə kimi ən təbii ehtiyaclarını belə, Allahın rizasından başqa heç bir məqsədi olmadan, müəyyən bir müddət üçün də olsa tərkedəbilmək, həqiqətdə bir ixlas əlamətidir. İxlas, xalis olma toxumudur ki, insandakı hər növ nifaq, riya və şirk əlamətlərini təmizləyər.
Ramazanı şərif, yaradılışımızın yeganə məqsədi olan qulluğumuzu gözəl bir şəkildə hissedəbilmək, yaşayamaq və dadmaq imkanı təqdim edir ki, bu böyük qənimət zay edilməməlidir. Bu ayda oruc, namaz, sədəqə, Quran tilavəti, etiqaf kimi bir çox ibadət növü iç-içə yaşanmaqdadır. Namaz ibadəti, teravihlərlə və təhəccüdlərlə birlikdə düşünüldüyündə, böyük bir coşğu və həvəs meydana gətirər. Həyat kitabımız Quran-ı Kərim, bu ayda nazil olan bir hidayət mesajıdır. Özümüzü yenidən inşa adına təfəkkür və mənasını başa düşərək oxunacaq olsa, yeni-yeni dirilişlərə vəsilə ola biləcəkdir. Sədəqə və infaqlar, həm malımızı, həm də şəxsiyyətimizi təzkiyə və tərbiyə edəcək və hətta salehlər cərgəsində iştirak etmə adına bir könül rahatlığına imkan yaradacaqdır. Hələ bir də etiqaf nemətindən nəsib alınacaq olsa, Allah xaricindəki hər şeydən yəni masivadan həqiqi mənada qopub, könlümüzü yalnız Rəbbimizə həvalə edə bilmə kimi böyük bir nemətə nail oluna biləcəkdir.
Ramazanı şərif, şəfqət və mərhəmətin öz mənliyimizə aşılanmasında, nemətlərin xatırlanmasında, acizliyimizin hiss edilməsində də təsirli bir məktəbdir. Rəhman və Rəhim olan Rəbbimizin xas qullarından olmaq və Rəhmət Peyğəmbərinin izində bir rəhmət insanına çevrilmək, ancaq mərhəmətimiz nisbətində gərçəkləşəbiləcəkdir. Beləliklə Ramazanı şərif, acların və kasıbların halını həqiqi mənada bizlərə hiss etdirərək, mərhəmət damarlarımızın açılması və ürəyimizin yumşalması adına ciddi bir fürsət təqdim edir. Digər tərəfdən insana heçliyini və zəifliyini xatırladaraq, Rəbbin əzəməti qarşısında təvazökarlıq və diqqətlilik duyğusunu gücləndirməkdədir.
Ramazanı şərif, bütün uğurların olmazsa olmaz bir şərti olan səbir və səbatın təlim edildiyi bir aydır. Dünyəvi olsun, uxrəvi olsun bütün müvəffəqiyyətlərin təməlində səbir vardır. Səbrin fəzilətini bilmək, səbirli olmaq üçün kafi deyil. Oruc, səbirli olma yolunda Rəbbimizin qullarına ikram etdiyi bir proqramdır. Pisliklərə düşməmək, yaxşılıqlara davam etmək, başa gələn bəla və müsibətlər qarşısında yıxılmamaq ancaq səbir nemətinə yiyələnməklə mümkündür.
Ramazanı şərif, ömrə ömür qatmaq fürsətidir. Çünki min aydan daha xeyirli bir gecə olan “Qədr Gecəsi” bu ayda lütfedilmiştir. Belə bir bərəkəti bir başqa ibadət və əməldə tapmaq da mümkün deyil. Ramazanı şərifdən ömrümüzə “Qədr Gecəsi” bərəkəti qatmaq, axirət sərmayəsi adına nə böyük bir qənimətdir.
Nəfsin lazımsız arzularına dur demək, yemək üçün deyil yaşamaq üçün yemək şüuruna çatmaq, şeytanın vəsvəsələrinə qarşı qorunmaq, cəhənnəm qapılarının bağlanılaraq cənnətə xüsusi dəvətnamə almaq kimi daha neçə-neçə nemətlərə vəsilə olan Ramazanı şərifə, könül qabımızı daha geniş açaraq girə bilmək lazımdır.
Səhl İbni Sad radıyallahu anhdan rəvayət edildiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm əfəndimiz belə buyurur:
“Cənnətdə Reyyan deyilən bir qapı vardır ki, qiyamət günü oradan ancaq oruc tutanlar girəcək, onlardan başqa heç  kim girə bilməyəcək. (Buxari, Savm 4; Müslim, Siyam, 166)
Elə isə oruc, Cənnətə açılan xüsusi bir qapıdır.

Read Previous

Veka kəndində orucun müddəti 3.5 saatdır.

Read Next

Ramazanı necə keçirək? (video)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.