• 08 Dekabr 2019

Ramazanın başlanma tarixi dəqiq bilinmir. (QMİ)-dən açıqlama

İçerikQafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verəcək.

Bunu AzVision.az-a açıqlamasında QMİ-nin sədr müavini hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, hazırda Ramazan ayının başlama tarixi dəqiq bilinmir.

“Ay nə vaxt görünsə, onda dəqiq vaxt bəlli olur. Bizim hazırladığımız təqvimdə təqribi məlumat var, amma fətva hələ verilməyib. Ay görünüb dəqiq vaxt bəlli olduqdan sonra fətva veriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından isə bildirilib ki, yeni ay iyunun 27-si saat 13:11-də görünəcək.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin ötən il dekabrın 17-də verdiyi qərarla bu il iyulun 28-29-u Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

mənbə:

sunna.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 169 dəfə.

calal calalov

Read Previous

Cünublu ikən sahur yeməyi yeyilə bilərmi?

Read Next

Müsəlmanların dünyanı dəyişən kəşfləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.