• 21 May 2019

Şəki İslam Mədrəsəsində IX ənənəvi hafizlik mərasimi keçirildi

Merasim (24)02.06.2016-cı il tarixdə Şəki İslam Mədrəsəsində IX ənəvi hafizlik mərasimi keçirilmişdir. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədriniin I müavini Hacı Salman Musayev, QMİ sədrinin müavini Hacı Qəmər xanım Cavadlı, Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin (DQİDK) Sədrinin I Müavini Səyyad Salahlı, Azərbaycan respublikası Gəncliyə Yardım fondunun himayəçilər şurasının sədri Ahmet Tecim, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev, Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi İdarə etmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov, Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, Şəki Şəhər Bələdiyyəsinin sədr müavini Etibar Nuriyev, DQİDK-nin Şəki Bölgəsi üzrə Şöbəsinin müdiri Gündüz Paşayev, Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və digər rəsmi qonaqlar iştirak etmişlər.
Tədbir, Şəki İslam Mədrəsəsinin məzunlarından olan, Bakı İslam universitetinin Qurani-Kərim müəllimi Hafiz Laçın Quliyevin Qurani-Kərim oxuması ilə başlanmışdır.
Nəzərinizə çatdırmaq istəyirik ki, Şəki İslam Mədrəsəsi 1993-cü ildən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi gündən bu günə qədər Şəki İslam Mədrəsəsindən 222 nəfər Qurani-Kərim kitabını başdan sona qədər əzbərləyərək “Hafiz” adını qazanmışdırlar. Həmin hafizlərdən 3 nəfər doktorantura, 16 nəfər magistratura, 74 nəfər universitet, 4 nəfər texnikum 68 nəfər isə orta məktəb məzunudur. Hal hazırda isə 26 nəfər universitetdə, 31nəfər isə orta məktəbdə təhsilini davam etdirir.
Mərasimdə işirak edən hafizlərə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam və axundlar üçün hazırlanan xüsusi milli geyim hədiyyə edilmişdir.
Merasim (9)

 

 

 

 

 

 

 

Tədbirin sonunda Hafiz məzunlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “hafizlik diplomu” və dəyərli hədiyyələr verilmişdir.

Merasim (13)Merasim (12)Merasim (3)Merasim (2)Merasim (14)Merasim (15)Merasim (16)

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 250 dəfə.

calal calalov

Read Previous

Boşanma haqqında (video)

Read Next

Ramazan 2016/1437

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir