• 26 May 2019

Salavat gətirən uşaq avtobusdan qovuldu

salavat  ABŞ-da avtobusa minən uşaq avtobus kartını axtararkən salavat çevirdiyi üçün avtobusdan qovulub.

Məktəbə getmək üçün avtobusa minən müsəlman uşaq avtobus kartını axtararkən itirdiyini düşünüb və tez salavat çevirib. Ərəbcə dua edən uşağı eşidən avtobus sürücüsü onun terrorçu olduğunu düşünüb və qovub. Avtobusdakı sərnişinlərin gözü önündə təhqir edilən uşaq evə qayıdıb və başına gələnləri valideynlərinə danışıb.

“The post” qəzetinə müsahibə verən ailənin vəkili “Ailə bu hadisəyə görə çox pis olub. O, kiçik bir uşaq ola bilər, amma irqçiliyin nə demək olduğunu bilir” deyib. Avtobus şirkətinin rəhbərliyi baş vermiş hadisədən sonra ailə ilə görüşüb və şəkillərlə sürücünün kimliyini müəyyənləşdirməyə çalışıb. Lakin ailə sürücünün kim olduğunu açıqlamayıb. Onlar sürücünü məhkəməyə verəcəklər.

 

 

Mənbə: din.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 82 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Qəbul edilməyən Çamlıca Məscidi Proyekti birinci oldu!

Read Next

İmamdan fərqli bir məkanda dinamik əlaqəsiylə imama uymaq olarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir