• 21 İyul 2019

SİQARETİ ƏN ÇOX KASIBLAR ÇƏKİR

imagesAmerika alimlərinin apardıqları yeni araşdırmanın nəticələrinə görə, siqaret çəkmək vərdişi kasıb ailələrdə böyüyən uşaqlarda varlı yaşıdlarına nisbətən daha çox müşahidə olunur.

Varlı ailələrdə böyüyən uşaqlar başqa sahədə “fərqləniblər”. Onlar daha çox içki içir və yüngül narkotiklərdən istifadə edirlər.

Dyuk Universitetinin alimləri bildirilər ki, kasıb ailələrdən olan uşaqlar daha tez siqaret çəkməyə başlayırlar. Tədqiqat müəllifləri 1986-cı ildən 2009-cu ilə qədər 1285 uşağı izləyiblər. Aydın olub ki, ağır sosial şəraitdə böyüyən yeniyetmə və gənclər uşaqlıqda heç bir ehtiyac görməyən həmyaşıdlarından daha tez nikotin asılılığının girovuna çevrilirdilər.

Lakin, ümumilikdə, valideyn tərbiyəsinin də burda böyük rolu var. Valideynlərin sağlam həyat tərzini uşaqlara nümunə göstərdikləri ailələrdə uşaqların müxtəlif zərərli vərdişlərdən asılılıq hallarına daha az rast gəlinib. Əldə edilən nəticələr gənclərin zərərli vərdişlərə nə səbəbdən müraciət etdiklərini ortaya qoyur.

Statistikaya görə, aztəminatlı insanlar onlardan sosial-iqtisadi baxımdan daha üstün pillədə yerləşən şəxslərdən daha tez ölürlər. Varlı insanlar daha yaxşı qidalanmaq, fiziki hərəkətlərlə məşğul olmaq və daha keyfiyyətli tibbi xidmət almaq imkanına malikdirlər. Kasıblıq içində keçən uşaqlıq və bundan bağlı keçirilən stress insanın gələcək həyatına dağıdıcı təsir göstərir.

XEZERXEBER.COM

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 115 dəfə.

calal calalov

Read Previous

“RABİA” İŞARƏSİNİ PAYLAŞANLARA 5 İL HƏBS

Read Next

MARSA QAR YAĞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.